Elman Tovuz əfsanəsi
Əziz dostum, sevimli şairimiz Elman Tovuz haqda yazılmış rəsmi məlumata baxıram:
"Elman Tovuz 10 aprel 1961 - ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. 1976-ci ildə Şıxheybət kənd 8 - illik, 1978-ci ildə Bozalqanlı kənd orta məktəbini bitirib. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) ümumiqtisad fakültəsini, eyni zamanda həmin ildə İPF-in jurnalistika (axşam) şöbəsini bitirib. Elman 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasındadır”.
Demək, nə az-nə çox, düz 26 il arabadan ayağa durmadı Elman. O, mənim gözümdə dözüm, dəyanət simvolu idi. Şairi tanıyanlar da bilir, Elman heç vaxt kiminsə yanında öz taleyindən şikayətlənərək ah-uf eləmədi. Ayaqları tam iflic olduğuna görə şair özünü öz qolları üstündə arabasına qaldırar, yatmaq vaxtı gələndə isə arabasını yatağa sürüb özünü oturduğu yerdən yatağa köçürərdi. Evdə tək olanda da elə arabada otura-otura çayını dəmləyər, yeməyini bişirərdi. Heç kimə neqativ yükləmədən yaşayar, həmişə şən görünərdi.
Elman gözəl şeirlər yazmaqla bərabər, həm də gözəl saz çalırdı. Xaraktercə çox mərd, kübar və hər birimizlə ehtiram tonunda danışan adam idi. Onu sevməmək mümkün deyildi.
Elman Tovuzla uzaqdan-uzağa dostluq edib xətir-hörmət saxlasaq da onunla ilk dəfə əziz dostum İlqar Türkoğlunun təşəbbüsü ilə şairin evində görüşdük. Biz onun evində qonaq olan vaxtlar şairin həyat yoldaşı, gülərüzlü xanımı da bizimlə idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Elman, demək olar, tənha yaşayırdı. Əlbəttə, doğma bacısı, dostları həmişə ona baş çəkir, şairi qismən də olsa tənhalıqdan xilas edirdilər, ancaq belə epizodik görüşlərin onun məşəqqətli tənhalığını yox etməyə gücü çatmazdı...
İki yaş kiçik olduğundan mənə böyük qardaş mənasında "qağa” deyirdi. Tez-tez görüşməsək də mütəmadi olaraq zəngləşir, biri-birimizdən........
© Qaynar
visit website