menu_open
Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Cəngəllik hipnozu (HEKAYƏ, 16+)

16 0
12.07.2024

Stiven Tomasello Leypsiq şəhərində Maks Plank adına Təkamül və Antropologiya İnstitutunda "Primatların intim dünyası” adlı doktorluq araşdırmasını təsdiqlədən kimi anası Eden və sevgilisi Lesli ilə atası Maykl Tomasellonun qəbrini ziyarətə yollandı. Onlar Mayklın qəbri önündə bir qədər susduqdan sonra Stiven başdaşına hesabat verirmiş kimi:


- Əziz ata, bilirəm ki, bu gün sənin ruhun xüsusilə şaddır. Söz verirəm ki, sənin başlatdığın tədqiqat işlərini sevə-sevə davam etdirəcəm. Bir vaxtlar sən uzaq əcdadlarımızın yanına sevimli xanımın - anamla getdiyin kimi, mən də öz sevgilimlə gedəcəm. Əziz ata, sənin primatlar haqda dünyaya səs salan "Onlar da insandır!” cümlənin nə qədər haqlı olduğunu biz bir daha sübut etməyə gedirik”, - söylədi.


Onlar, dünyaca məşhur amerikalı alim, psixoloq, antropoloq, primatoloq, insanla meymunun qohumluğu məsələsi üzərində geniş tədqiqatlar aparmış, ömrünün ən dəyərli vaxtını bu işlərə həsr etmiş Maykl Tomasellonun qəbrini ziyarət etdikdən sonra şəhərə qayıtdılar. Axşam bir qədər əyləndikdən sonra Stiven Leslini öz evlərinə yola saldı. Cütlük çoxdan sevgili kimi davransalar da onlar hələ toy eləməmişdilər. Buna görə axşam anası oğluna:


- Oğlum, bəlkə elə səfərinizi biraz ləngidib evlənəsiniz? Onsuz da siz primatların yanına bir yerdə gedəcək, elmi tədqiqatlara birgə başlayacaqsınız, - demiş, Stiven isə tezcə etiraz eləmişdi:

- Yox, ana, özümüz də belə istəyirik. İstəyirik bir yerdə araşdırmalara başlayaq, toyu isə qayıdanda edək. İkincisi də bunun üçün vaxtımız çox azdı. Sabah bizi institutun direktoru şəxsən qəbul edəcək. Özün məndən də yaxşı bilirsən ki, bu işlərə böyük hazırlıqlar lazımdı. Bizi Kibale meşəliyinin cəngəlliyinə aparacaqlar. Düzdür, orda primatların arasında yaşamaq üçün hər bir şərait yaradılıb, ancaq hər halda biz videogörüntüləri yenidən nəzərdən keçirməli, lazım olacaq hər şeyi əvvəlcədən götür-qoy etməliyik.

- Yaxşı, oğlum, qoy, sən deyən olsun. Bəli, hələ biz olan vaxtlarda o cəngəllikdə tədqiqat üçün hər cür şərait yaradılmışdı, düşünürəm, hazırda daha da təkmilləşmiş olar.

- Bəli, orada quraşdırılmış səyyari evdə geniş laboratoriya şəraiti, yüksək səviyyədə videoizləmə şəbəkələri var. Orada olmasam da institumuzda o videogörüntüləri çox izləmişəm. Elə sizin keçmiş görüntülərinizə də çox baxmışam. Yəqin ki, ərzaq və silah təminatı haqda da direktorla söhbətimiz olacaq. Belə baxanda, əlbəttə, institut öz tədqiqatçıları üçün ideal şərait yaradıb. Maaşımız da yüksək olacaq. Yəqin ki, tezliklə sevimli meymunlarımızın yanında olacağıq.

- Həə, onlar çox sevimlidirlər.

- Ana, inanırsan, mənə elə gəlir, sizin videolardan, artıq o meymunların hamısını tanıyıram.

- Həə, elədi, ama, üstündən nə qədər vaxt keçib, ölənlər, yeni doğulanlar çoxdu.

- Düzdü. Deyirəm, şimpanzeləri dünyaya sevdirməkdə atamın misilsiz rolu olub.

- Əlbəttə, oğlum. Yadımdadı, atan özünün məşhur "İnsan ünsiyətinin mənşəyi" kitabında yazanda ki, onlar da insandır, əksini düşünən alimlər biri-birinə dəymişdi. Düşünürəm ki, sizin tədqiqatlarınız da primatların cinsəl həyatı və anatomiyası haqda yeni sensasiyalar yaradacaq.

- Mən də elə düşünürəm, - deyib Stiven başını yüngülcə yellədi.


***


Ertəsi gün səhər saatlarında Təkamül Antropologiya İnstitutunun baş direktoru və bir neçə elmi işçi gənc tədqiqatçılar – Stivenlə Leslini qəbul etdilər. Əvvəlcə, özünün çevik hərəkətləri ilə seçilən, həmişə də hövsələsiz adam təsiri bağışlayan direktor danışdı:


- Sizin bu səyahətiniz mənə atanız Mayklın səfərini xatırladır. Gərək siz də evlənəydiniz. Ancaq eybi yox, möhtəşəm qayıdışınızı toyunuzla birgə qeyd edərik. Demək belə, - böyük ekranda meşəliyin içindəki evi göstərərək, - baxın, bu sizin yaşayacağınız evdi. Baxın, otaqlar, laboratoriya, balkonlar, geniş həyət. Bunlar izləmə aparatlarıdı, primatlar onları heç vaxt hiss eləmirlər. Bizim də burdan izləmək imkanımız var, ekstremal şərait yaranarsa dərhal əlaqədəyik. İstədiyiniz vaxt yataq otaqlarının görüntüsünü söndürə biləcəksiniz. Hər cür ərzaq, konservləriniz, su içkiləriniz, bir neçə nəfər işçimiz sizinlə birgə yola düşəcək. Sizi bütün rahatlıqlarla təmin etdikdən sonra işçilərimiz adanı gəmi ilə tərk edəcəklər. İstədiyiniz vaxt helikopterlə harayınıza çatmaq imkanımız olduğunu da unutmayın.


Direktorun sözlərindən sonra köməkçilərdən biri:

- Bilirsiniz ki, illər öncə orada havaya güllə atılıb, o vaxtdan bəri əcdadlarımız bizim tədqiqatçılarla heç vaxt aqressiv davranmırlar. Çünki, bizim tədqiqatçı olmağımıza və onların həyatına mane olmayacağımıza əmindirlər.


Stiven:

- Aydındır, - deyə Lesliyə baxaraq gülümsədi.


Direktor üzünü yenidən Stivenə tutaraq:

- Əziz Stiv, bizim institutumuzun adını ən çox sizin atanız məşhurlaşdırdı. Lakin atanız Maykl hələ bizə qədər, Amerikada yaşayarkən ilk dəfə Qvineya cəngəlliyində tədqiqat aparıb. Onu tələbəlik illərindən bu sual düşündürüb: "İnsanla şimpanze arasındakı fiziki və genetik bənzərlik onların eyni növdən olduğuna işarədir, yoxsa burada daha başqa sirlər var?”


Tomasello anlayıb ki, bütün bu suallara cavab vermək üçün kitabxanalar və elmi institutların kabinetləri kifayət etmir. Bəşər cinsinin primatdan insana dönüş prosesi - yüz min illərlə davam edən bu keçid dövrü diqqətlə öyrənilməlidi. Alim öz nəzəriyyəsini arxiv materialları və başqa nəzəriyyələr əsasında deyil, təbiətin özündə, primatların davranışları əsasında qurmağı qərara alıb.


Elə bu məqsədlə də o, Qvineyanın cəngəlliklərinə üz tutub. Primatların, şimpanzelərin sıx olduğu meşəliklərdə alaçıq quraraq yaşamağa və meymunlar üzərində təcrübələr aparmağa başlayıb. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, alim öz həyat yoldaşı ilə birgə dəfələrlə təhlükəyə məruz qalıb. Lakin Tomasellonun araşdırmaçı marağı bu təhlükələri üstələyib. Onun illərlə apardığı təcrübələrin mahiyyətində bir fundamental məsələyə izah tapmaq dayanırdı: Meymunların davranışı şüurludur, yoxsa instinktiv? Başqa sözlə, onlar digər heyvanlar kimi yalnız bioloji varlıqlardı, yoxsa insan kimi sosiallaşa bilirlər? – söylədi.

Lesli onların söhbətinə qarışaraq:

- Bəli, - dedi,- Maykl Tomasello məhz, ikinci primat dəstəsini tədqiq etdikdən sonra sübut edir ki, bu qəbilələrin hərəsinin öz dili var. Beləliklə, alim primatların dilinin instiktiv yox, şüuri olduğu qənaətinə gəlir.

- Doğrudur, - deyib Stiven onun sözlərinə qüvvət verir, - atam həmişə deyirdi ki, vəhşi insan qəbilələrində olduğu kimi, primatların da hər qəbiləsinin öz dili var. Sözlər azdır, ancaq onların danışıq dilinin olmasını biz heç vaxt dana bilmərik.

- Biz Mayklı Almaniyaya dəvət edəndə çağırışımızı dəyərləndirərək ABŞ-dan birdəfəlik köçüb gəldi. Bilirdik ki, alimi daha çox kils ənin münasibəti narahat eləyir, ona görə bu yerdəyişməyə çox sevinirdi, - direktor əlavə elədi.

- Anam deyir, bir dəfə Maykl televiziyada öz tədqiqatlarından təxminən bu cür epizod danışmışdı: "Tədqiqat apardığım ərazidə şimpanzelərin sayı 1200-ə çatır. Mən onların şüurunun sosial xarakterli olub-olmamasını yoxlamağa tələsirdim. Ürəyimin dərinliyində hiss edirdim ki, biz insanlar onlarla qohumuq. Ana meymunun öz balasını, eynən insanlar kimi, kürəyinə mindirib gəzdirdiyini görəndə bu düşüncəmdə xeyli əmin oldum. Onların bu hərəkəti instinktiv deyil, daha çox sosial akta bənzəyirdi...”


Anam söyləyir ki, həmin verilişdən sonra keşişlər evimizə zəng edib ona təhqiramiz sözlər deyirdilər. Bir keşişin: "Sənin o primatların doğrudan da insandırsa, qoy gəlib kilsədə şam yandırsınlar” sözlərinə atam belə cavab veribmiş: "Onlara kilsə lazım deyil, lazım olarsa gedib yandırarlar”.

- Yadıma gəlir, - elmi işçilərdən biri bu söhbətə öz xatirəsini əlavə etməyə başladı, - bir dəfə elmi-diskussiya görüşündə Maykl Tomasellonun kitabını əlində tutmuş bir psixoloq kitabdan bu epizodu oxudu: "Mən şimpanzelərimi azacıq şüur tələb edən elementar bir çətinliklə üzləşdirdim. Onların gedib-gəldiyi yolun üstünə iri bir ağac kötüyü qoydum və ağacın gövdəsini primatın barmağı girə bilməyəcəyi dərinlikdə oyaraq içinə bal tökdüm. Öyrənmək istəyirdim, əlləri girməyən oyuğun içindəki balı götürmək üçün, onlar hər hansı vasitədən istifadə edəcəklərmi?


Nəhayət, bir dəstə gəlib kötük olan yerə çatdı. Onlar kötüyün üstdəki balı yedikdən sonra oyuqdakı balı da əldə etməyə çalışdılar. Barmaqları oyuğa girmədiyi üçün xeyli fikirləşəsi oldular. Birdən gözlənilməz bir olay! Yaşlı meymunlardan biri nazik bir budaq qıraraq yarpaqlarını təmizlədi və çubuğu oyuğun içinə soxdu. Bu metodla balı oyuqdan çıxarıb dada bildi. Onlar bu metodla oyuqdakı balın hamısını çıxarıb sora bildilər. Əcdadımızın bu kəşfindən heyrətə gəlmişdim. Demək, şərait tələb edən kimi onun şüuru işə düşür. Mən primatın düzəltdiyi o budağı ilkin əmək aləti adlandırıram.


İkinci əməliyyatı biraz mürəkkəbləşdirmək qərarına gəldim. Bu dəfə bal tökdüyüm oyuğun ağzını taxta tıxacla kip qapadım. Səhərə yaxın "qonaqlar” gəldilər, bal bulaşmış tıxacın ətrafında xeyli hərləndilər, maneəni necə aradan götürmək barədə fikirləşirdilər. Çox maraqlıdı, yaşlı şimpanze çıxış yolu axtararkən, eynilə bizim kimi, alnını qaşıyırdı. Nəhayət, məsələnin həllini tapdılar. Abola adlandırdığım 40 yaşlı meymun yerdən iri bir daş götürüb tıxacı laxlatmağa başladı. Xeyli çalışdıqdan sonra tıxacı daşla oynadıb oyuqdan araladılar. Sonra nazik budaqla oyuqdan balı çıxarmağa başladılar. Bu dəfə oyuğa çubuq batırmaq əməliyyatını gənc meymunlar da təkrar edirdi. Bu, artıq yaşlı nəslin qazandığı təcrübə əsasında əmək vərdişinin yaranması idi”, – və oxuduqdan sonra Tomasellodan soruşdu: - Yəni, tülkünün toyuğu hindən oğurlaması ilə burda bir fərq varmı? Maykl ona belə cavab verdi: - Əlbəttə, bunlar fərqli hərəkətlərdi. Tülkünün toyuğu aparması milyon illərdən gələn instinktin məhsuludu. Ancaq şimpanzenin dərhal çıxış yolunu düşünüb tapması şüurun əlamətidir.


Söhbətin uzanacağını hiss edən direktor yenidən çevik bir dillə görüşü yekuynlaşdıraraq:

- Yaxşı, əziz dostlar, Tomasellonu da belə yad elədik. Təbii ki, cənab Stivenin və xanım Leslinin tədqiqatları Tomasellonun elmi işlərinin davamı olacaq. Gənc alimlərimiz........

© Qaynar


Get it on Google Play