menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kölgə

27 0
18.08.2026

Avstriya yazıçısı Qustav Meyrinkin 1915-ci ildə nəşr olunan məşhur “Qolem” romanını oxuyandan sonra onun haqqında yazmamaq ədalətsizlik olardı. Bu əsər dünya ədəbiyyatında ekspressionist janrın ən parlaq nümunələrindən biri hesab olunur. Ədəbiyyatşünaslara məlumdur ki, bu cərəyanın mahiyyətində obyektiv reallığı olduğu kimi təsvir etməkdən imtina fikri dayanır. Cərəyanın nümayəndələri insanın subyektiv duyğularını, daxili dünyasını və insanın ətraf aləmə qarşı hiss etdiyi emosional reaksiyaları ön plana çıxarırlar.

Hadisələr Praqanın qədim yəhudi məhəlləsində baş verir. Əsər yəhudi folklorundakı “Qolem” əfsanəsinə əsaslanır. Gildən düzəldilən və sehrli sözlərlə canlandırılan süni insan obrazı haqqındakı əfsanə əsərin əsas xəttini təşkil edir.

Qaranlıq, sirli, mistik və psixoloji gərginliyi ilə seçilən əsərdə Meyrink Praqanın labirintvari küçələrini təsvir edir və mənim gözlərimin önündə İçərişəhərlə bağlı xatirələr canlanır. Müəllif köhnə evləri və oradakı insanların ruh halını çox təsirli bir şəkildə təsvir edir və mənim yadıma İsa Muğannanın “İdeal” əsəri düşür.

Hər bir kitabı oxuyanda həmişə düşünürəm ki, onun fəlsəfi qatları varmı, müəllif fəlsəfi fikirlərini bizə hansı yollarla çatdırmaq istəyib? Əsərin sonunda birmənalı olaraq bu fikrə gəlirəm: bu roman bir əfsanə deyil, o, insanın öz daxili dünyasını kəşf etməsi haqqında fəlsəfi dünyagörüşüdür. Bu əsərdə şüur və şüuraltı arasındakı mübarizə, mistisizm və varlıq haqqında dərin fəlsəfi suallar qoyulur. Əsərdə məhz bu məsələlərə həsr olunmuş bir hissəni diqqətinizə çatdırıram:

“İnsan öz daxilindəki boşluqdan qorxur, çünki orada nə olduğunu bilmir. Biz gündəlik həyatın səs-küyündə elə bir maska taxırıq ki, o maska zamanla bizim əsl üzümüzə çevrilir. Lakin gecənin sükunətində, yuxunun o nazik pərdəsi aralandıqda, o qədim, daşlaşmış “Qolem” – bizim öz şüuraltımızın dərinliyində basdırdığımız, rədd etdiyimiz və unutduğumuz varlıq – oyanmağa başlayır.

O, xaricdən gələn bir güc deyil; o, bizim özümüzün, lakin tanımadığımız, qorxduğumuz həmin kölgə tərəfimizdir. Biz onu yaradırıq, biz ona öz əzablarımızı, öz gizli arzularımızı və etiraf edə bilmədiyimiz günahlarımızı üfürürük. İndi isə o, gizli otaqlarda gəzir, bizim unutduğumuz xatirələrimizin tozlu dəhlizlərində özünü axtarır. İnsan öz şüuraltısının uçurumuna baxmağa cəsarət etmədikcə, Qolem həmişə onun kölgəsi kimi arxasında qalacaq və bir gün, əgər özünü dərk etməsə, həmin o kölgə onun yerini........

© Qaynar