menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bəzən yalan da bəs edir, deyilmi?..

7 0
22.12.2025
Uşaqlıq "təcrübələri” yana, sonradan "ədəbiyyata” daha bir "böyük qayıdışım” oldu. Amma çox çəkmədi və "ədəbi-bədii külliyatım” cəmi iki-üç hekayədən və bir-iki felyetondan ibarət oldu. 
Geçikmiş "yazıçılıq” həvəsimin də səbəbini deyim. 90-çı illər idi, əlimiz hələ hər yerdən üzülməmişdi, ümidlərimiz qalırdı. 
Bir dəfə bir avropalı solçunun fikrini oxudum. Deyirdi siyasi, iqtisadi sferada bacarmırsınızsa, mədəniyyəti "götürün”, qalan şeylər özü gələcək. Bunun məğzi o idi ki, hakimiyyətdən əvvəl insanların beynini dəyişməyə çalışın.  
Onda müxalifətin "ştatdankənar” ideoloqlarındandım. Fikir tutdu məni, "ədəbiyyata” baş vurmağımın birinci səbəbi oldu. İkincisi, eşitmişdim, jurnalları senzuradan keçirmirlər. "Azadlıq” qəzetində çox dedim bunu, amma maraqlanmadılar, bəlkə də ona görə ki, imkan, maliyyə yox idi. 
Belədəsə, jurnal buraxmaq üçün yaradıcı problemimiz olmamalıydı. Onda köşə-möşə dəbdə deyildi, yazarlarımızın çoxu iri həcmli məqalə müəllifləridi. Üstəgəl, hətta gənc ədiblərimiz də vardı ki, məndən fərqli,  artıq onda ədəbiyyatla bağlı daha ciddi planlar qururdular özləri üçün.  
Qərəz, potensial imkanlar olsa da, maraqlanan olmadı. Özümün "ədəbi-bədii cəhd”lərimə gəldikdə, doğrusu, bilmədim, jurnalların senzuradan keçirilməməsi söhbəti nə qədər doğru idi, amma başa düşdüm ki, rəsmi senzorlara ehtiyac yoxdur, demək olar ki, hər jurnalda əməkdaşlar özləri bunu çox diqqətlə, səliqəylə edirlər. 
Qətiyyən qınamıram! Bilirsiniz, bütün senzorlardan daha böyük bir senzor da var, adı da qorxudur: bəli, hüquqi və hətta fiziki təqibə-təzyiqə məruz qalmaq, ən əsası, işini itirmək qorxusu! Burada Tarkovskinin çox məşhur filmini necə xatırlamayasan?     Nə başınızı ağrıdım, "nasirlik karyeram” da belə qurtardı. İndi keçim sözümün əsas "mübtəda”sına.  
Bir də görürsən, məndən də soruşurlar ki, nə əcəb kitab yazmırsan? Zarafatla deyirəm ki, əsl siyasətçilər yazmağı, xüsusən də........

© Qaynar