Maykl Oliver və Elçin Məsiyev
Mən bu yazını yazıb bitirənə qədər bir neçə dəfə hərf səhvi edəcəm. Dərhal gözümə dəyənləri düzəldəcəm, səhvləri aradan qaldıracam. Sonra yazını bir daha oxuyacam, orda da gördüklərim olacaq və istər hərf səhvlərinə, istərsə də cümlələrin quruluşundakı nöqsanlara əl gəzdirəcəyəm. Çalışacağam ki, siz dəyərli oxucularıma mümkün qədər qüsursuz, oxunaqlı məqalə təqdim edə bilim. Sağ olsunlar, texnologiyanı icad ediblər, biz də onun imkanlarından yararlanırıq. Amma bilirəm ki, hətta mənim bütün bu cəhdlərimdən sonra da hansısa xırda səhvlər qalır və onlar siz diqqətli oxucularımın nəzərindən qaçmır. Ümid edirəm ki, həmin səhvlərə görə məni qınamırsız.
Bəzi peşə sahibləri var ki, onların səhvlərinin fəsadları daha ağır olur. Həm də ki, onların səhvlərini bizimki kimi klavyaturanın düymələrini irəli-geri basmaqla düzəltmək olmur. Cərrahlar, sürücülər, hərbiçilər... bir də ki, futbol hakimləri. Futbol son illərdə xeyli........
