Putinin adamı çaşdı və... – Mixalkov Azərbaycan
Rusiyanın tanınmış rejissoru və ziddiyyətli personası Nikita Mixalkov ölkəsinin “Ukrayna bataqlığında” ilişib qalmasına qəribə izah verib. Onun fikrincə, “xüsusi hərbi əməliyyat” (XHƏ) bir çox rusiyalını “aldanış yuxusundan ayılmağa” və baş verənləri yenidən dəyərləndirməyə məcbur eləmiş hadisə olub.
Sitat: “Mən hesab edirəm ki, XHƏ – bəlkə də bu, dəhşətli səslənəcək – Tanrının bizə göndərdiyi bir imkandır ki, aldanış yuxusundan ayılaq. Çoxları ayıldı. Amma yenə biz elə bir ölkədə yaşayırıq ki, onun bir hissəsi döyüşür və həlak olur, digər hissəsi isə bunu anlamaq belə istəmir. Müharibə təkcə atışma, dronlar, partlayışlar, bombalar, pulemyotlar və hücum təyyarələri demək deyil. Müharibə həm də ölkədə yaşayan insanların milli özünüdərkidir, hər bir insanın daxili səfərbərliyidir.........
