menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qalib qalıb qıraqda, İranı Qalibaf idarə edir

21 0
15.04.2026

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İranı faktiki olaraq ölkə parlamentinin sədri Məhəmmədbağır Qalibafın idarə etdiyini deməsi sözgəlişi deyilən fikir deyil.

Bu, onu göstərir ki, ABŞ rəhbərliyi İranda nələrin baş verdiyini, siyasi qüvvələrin mövqeyini, nüfuz dərəcəsini, strateji qərarları kimlərin qəbul etdiyini yaxşı bilir.

Əslində bu, o qədər də sirr deyil. İranda baş verən hadisələr, üzdə olan liderlərin açıqlamaları ölkədə kimin vəziyyətin nəzarətçisi olduğunu göstərir.

Fevralın 28-nə qədər İranı ayətullah Əli Xamneyi və onun komandasının, xüsusilə də SEPAH generallarının idarə etdiyi hər kəsə bəlliydi. Elə ona görə də ilk olaraq bu dairəyə daxil olan şəxslər hədəfə alındılar. ABŞ rəhbərliyi İranın əsas idarəedicilərini bir arada tutan kimi hücum etdi və öz aləmində ölkəni başsız qoydu.

Həmin vaxt bir gerçəklik də tam çılpaqlığı ilə üzə çıxdı ki, iki il öncə xalq tərəfindən seçilən, milyonlarla seçicinin səs verərək etimad göstərdiyi legitim prezident Məsud Pezeşkian İranı idarə edənlərin dairəsinə daxil deyil.

Təsəvvür edin, müharibənin astanasında olan ölkə üçün taleyüklü qərarların qəbul ediləcəyi toplantıya qanuni prezidenti........

© Müsavat