Türkiyənin gerçək səsi budur! Ali Yıldırımdan xi
Türkiyədə Azərbaycan əleyhinə keçirilən son aksiyalar, xüsusilə də Ankarada səfirliyimizin qarşısında radikal dini qrupların xilafət çağırışları ilə çıxış etməsi haqlı etirazlar doğurur.
Özlərini İslamın müdafiəçisi kimi təqdim edən bu şəxslər Azərbaycanı xilafət prinsiplərinə tabe olmağa çağırırlar. Türkiyə Cümhuriyyətinin yaratdığı azadlıqlardan istifadə edərək başqa bir türk dövlətinin konstitusion quruluşuna, dünyəvi idarəçilik sisteminə və suverenliyinə meydan oxuyurlar.
Burada ciddi bir ziddiyyət var. Xilafət ideologiyasını siyasi məqsəd kimi qəbul edənlər, əslində, Türkiyə Cümhuriyyətinin də mövcud dövlət modelini rədd etmiş olurlar. Çünki onların arzuladığı sistemdə nə dünyəvi respublikaya, nə də xalqın iradəsinə əsaslanan müasir dövlətçilik prinsiplərinə yer qalır.
Bu baxımdan onların düşüncəsində İŞİD-in radikal xilafət ideologiyası ilə təhlükəli oxşarlıqlar görünür. Onların müdafiə etdikləri siyasi-dini modelin mahiyyəti eynidir.
Ancaq Türkiyə bu adamlardan ibarət deyil!
Türkiyənin gerçək səsi, vicdanı, dövlətçilik ənənəsi və Azərbaycan sevgisi var. Bu gün həmin səs bir daha mənə ünvanlanan səsli məktubda özünü göstərdi.
Ülkücü hərəkatın əfsanəvi simalarından biri, Azərbaycanın qədim və sədaqətli dostu, Milliyyətçi Hərəkat Partiyasının üzvü Ali Yıldırım mənə iki səsli........
