menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nifaq səpənlər, yazın, danışın, özünüzü daha çox

20 0
11.11.2026

Deyir, “ölüsü ölən kiridi, yasa gələn kirimədi”. İndiki halda şükürlər olsun, nə ölən var, nə itən, sadəcə geniş auditoriya üçün anlaşmazlıqlar var idi, liderlərimiz görüşdülər, danışdılar, dost da, düşmən də, elə Türkiyə - Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti də gördü ki, əslində stəkanda fırtına qoparmaq istəyənlərin arzusu imiş dostluğa, qardaşlığa xələl gətirmək, ortada nə fikir ayrılığı var imiş, nə də ixtilaf.

Amma nə olsun? Başqa bir misalı da xatırladaq: “Sən hansı havanı çalırsan-çal, mən “Heyvagülü” oynayacağam”. Bax, belə “Heyvagülü” oynayanlardan, kiriməyənlərdən biri də 76 yaşlı A.Raif Öztürkdür. Tərcümeyi-halında Tekirdağın Çorlu rayonunda anadan olduğu, ilkin təhsilini Çatalcada aldığı, peşə orta məktəbini Paşabahçədə oxuduğu, Sultanəhməd Peşə Məktəbində isə xüsusi olaraq Maşın Yüksək Texniki Rəssamlığı ixtisası üzrə təhsilini davam etdirdiyi bildirilən, Türkiyə Şişə və Cam Fabriklərində 26 il “Robototexnika və Tam Avtomatlaşdırılmış Maşınlar İstehsal Xətti Maşın Texnikliyi” və fabrikin növbə rəisi vəzifəsində çalışdığı bildirilən, 1990-cı ildə Türkiyə Şişə Cam Fabriklərindən öz istəyi ilə təqaüdə çıxan A.Raif Öztürk 90-cı illərdə bir il diksiya, bir il Osmanlı türkcəsi, iki il də ərəb dili təhsili alıb. Amma sonrakı illərdə “heç Quran bilməyən 30-40 nəfərə eyni anda və 10 saata Quran öyrətmək mütəxəssisi”.

Hazırda köşə yazıları və kitab layihələri üzərində işləməyə davam edir. 2006-cı ildən bəri “Dost Beykoz Ailəsi”nin üzvüdür. “Dost Beykoz” Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda fəaliyyət göstərən yerli xəbər portalı və media qurumu olan “Beykozun Hür Gazetesi” (Beykozun azad qəzeti) 2002-ci ildə qurulub. Amma nədənsə bu ahıl yazar azadlıq, hürr deyiləndə hər nəyi dilə gətirməyin və yazmağın ayıb və anormallıq olduğunu bu yaşadək də anlaya bilməyib. Əks təqdirdə, gözlərini yumub, ağzını açmazdı o yaşda adam. Deyən gərək, sən gənclərə bu ritorika, bu hikkə, bu anormal yanaşma ilə nə qoyub gedəcəksən?! “Hər işdə bir xeyir var”, deyimi də yerinə düşür. Son həftələrin gərginliyinin ardınca, toz-tozanaq çəkilincə soyadı öztürklərin bəzilərinin əslində “özgətürk” olduqlarını gördük. Onlar nə etsələr belə, gerçək niyyətlərini gizlədə bilməzlər. Hər sözbaşı Azərbaycana “qardaş” desələr belə, əslində məmləkətimizə münasibətləri qar kimi soyuq və qara daş kimi göyərməzdir. “Azerbaycan’ın iç işine karışmak mı?” sərlövhəli yazısında bir budaqda oturub, yüzünü silkələyib. “Türkiye ile kardeş ülke olduğunu iddia eden ama…” sərsəmləməsini Azərbaycana, onun Liderinə ünvanlayan qafada ağıl olduğunu iddia etmək mümkünmü? Yazı başdan-ayağa sayıqlama,........

© Müsavat