Ay erməni, stepanakert yox, Xankəndi, karvaçar yox, Kəlbəcər
Bu gün Azərbaycanda Suverenlik Günü qeyd olunur. Suverenlik hansısa hərbi əməliyyatın başa çatması, bayrağın ucaldılması, sərhədlərin nəzarətə götürülməsi ilə sərhədlənmir. Suverenlik dövlətin öz ərazisində öz qanununu işlətməsi, öz şəhərinin adını özü müəyyənləşdirməsi, öz tarixini başqasının diktəsi olmadan yaşatmasıdır.
Üç il öncə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan bir günlük antiterror tədbirləri həyata keçirərək öz ərazilərində suveren hüququnu tam bərpa etdi. Beynəlxalq hüquqda suverenlik anlayışı sadə formula malikdir, bir dövlətin öz ərazisinin bütün hissəsində, xarici müdaxilə və ya paralel hakimiyyət strukturu olmadan, tam və bölünməz nəzarətə malik olması. Otuz ilə yaxın müddətdə Azərbaycan bu tərifin əsas elementindən, ərazi bütövlüyündən məhrum idi.
Qarabağ və Şərqi Zəngəzur otuz ildən artıq müddətdə erməni işğalı altında qaldı. Hesab etmək olmaz kli, işğal faktı təsadüfi geosiyasi hadisə olub. Ermənistan bu işğalı, tarixən "bacı" saydığı Fransa və diaspor-lobbi dəstəyi, "ata" saydığı Rusiyanın hərbi-siyasi çətiri altında həyata keçirdi. Nəticədə Ermənistanın hərbi təcavüzü Azərbaycanən 17 min kvadratkilometr ərazisində 900-dən çox yaşayış məntəqəsinin işğalı ilə nəticələndi, bir milyondan artıq insan məcburi köçkün statusuna düşdü.
İşğalın kulminasiya nöqtəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verdi. Azərbaycan Baş Prokurorluğunun sübut edilmiş istintaq materiallarına görə, Xocalıda baş verənlər planlı soyqırımı aktı idi. Əhalinin ərazidən çıxış yollarında əvvəlcədən hazırlanmış pusqularda gülləbaran edilməsi bunu sübut edir. Azərbaycan parlamentinin rəsmi bəyanatına görə, qurbanların arasında başının dərisi soyulmuş, əzaları kəsilmiş, uşaqları və hamilə qadınları əhatə edən qeyri-insani üsullarla qətllər qeydə alınıb. İtkin düşənlər də daxil........
