menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnam fəlsəfəsi: Aldanmaq ehtiyacı, yalanın cazibəsi

16 0
26.08.2024

Özünü "deist” adlandıran bir dostumuz bir dəfə tanrıya inamın vacibliyi haqqında belə bir fikir söylədi: "İnamsızlıq xəstəlik kimidir. İnsana yoluxur və yavaş-yavaş onu məhv edir. Ateistlər depressiv və pessimistlərdir”.


Zarafatla cavab verdim ki, hələlik mən özümdə bu simptomları hiss etmirəm. Ancaq sənin sözlərindən belə çıxır ki, Volter haqlıdır, əgər tanrı olmasaydı, onu mütləq uydurmaq lazım gələrdi.


"İnsan inancsız yaşaya bilməz”, "Tanrısız həyatın mənası olmaz” kimi iddiaları tez-tez eşidirik. Doğrudanmı insan öz yaşamında bir yaradana möhtacdır?


Həqiqətənmi inancsızlıq insanı nihilizmə (nihilizm -heçnəçilik, heç bir dəyərə və mənaya malik olmamaq fəlsəfəsi) sürükləyir? Doğrudanmı çətinliklər qarşısında son sığınacağımız Tanrıdır?


Bu suallar fəlsəfə ilə yanaşı zaman-zaman ədəbiyyatın da sevimli mövzusu olub.


Dostoyevski dünya ədəbiyyatının şah əsərlərindən olan "Karamazov qardaşları” romanını, demək olar, bu suallar üzərində qurub.


Nitsşe "Zərdüşt belə söylədi” əsərində yazır ki, "Tanrılar mövcud olsaydı, insanın nəsə yaratmasına ehtiyac qalmazdı". Anarxist filosof Mixail Bakunin "Tanrı və Dövlət” əsərində Nitsşenin "allah ölüb” ideyasını dəstəkləyərək: "Mən Volterə qarşı çıxıram, əgər tanrı varsa, onu məhv etmək lazımdır” deyə, son dərəcə radikal mövqe nümayiş etdirir. Albert Kamyu bir essesində insan yalnız qeyri-mümkün şeylərin arzusunda olarkən, tanrı barədə düşünür. Həlli mümkün məsələlərdə isə insanın tanrıya ehtiyacı yoxdur” yazır.


Psixoanalizin banisi Z. Freyd "Bir illüziyanın gələcəyi" əsərində tanrıya inamı insanın uşaq ikən himayədar qayğısı, qoruyucu ata-ana ehtiyacının böyüdükdən sonra tanrı ehtiyacına çevrilməsi kimi xarakterizə edir. İntibah dövrünün məşhur rəssamı və heykəltaraşı Mikelancelo "Adəmin yaradılışı" adlı tablosunda "Tanrı bizi yaratmayıb, əksinə, biz onu öz beynimizdə yaratmışıq” ideyasını irəli sürüb. Rəsmə diqqətlə baxanda Mikelancelonun tanrının olduğu məkanı insan beyni formasında təsvir etməsi aydın görünür.


(Mikelancelo "Adəm və Allah”)


Ekzistensialist filosof Kierkeqard Sören isə sualı daha da konkretləşdirir:

- Tanrı məni yaratmaqla nə demək istəyir?


Bu yerdə Tanrı ideyasının tarixinə qısaca nəzər salmaqda fayda var. Tanrıçılığın tarixi təxminən, orta paleolit dövrünə (e.ə 100.000 - e.ə.35–cı minilliyədək) gedib çıxır. Tanrılar haqqında ilk ədəbiyyat eramızdan əvvəl 28-2600-cü illərə aid Şumer mətnlərində rast gəlinir. Şumer tanrıları əsasən antropomorf – yəni insan formasında təsvir olunub. Şumerlərdən sonrakı qədim mənbələr Babil və Akkad mətnləridir. Tanrı ideyasının təkamülü üzərində çox dayanmadan demək kifayətdir ki, eynilə, təbiətin və insanın özü kimi tanrıçı düşüncə də sadədən - mürəkkəbə, yəni, çoxtanrılıqdan- təktanrılığa doğru uzun bir təkamül yolu keçmişdir. (Çoxtanrılılıq daha sadə və demokratik........

© Qaynar


Get it on Google Play