Xalçaya bükülmüş Xocalı
Hər il 20 Yanvar tədbirləri necə keçirilirdi? Şəhidlər xiyabanının lal planda təsvirləri gedir, Kamil Cəlilovun, Habil Əliyevin ifa etdiyi ağır muğamlar, az qala faciəvi əhval-ruhiyyə yaradan kompozisiyaların müşayiəti ilə eyni proses 24 saat davam edirdi. Səhv etmirəmsə, 2002-ci ilin yanvarında 20 Yanvar tədbirlərini canlı efirdə işıqlandırmaq işlərini təşkil etmək üçün Şəhidlər Xiyabanına getməli oldum. O tərəflərə getmək həmişə ağır gəlirdi: bir vaxtlar müharibəyə çağırış edib sonra aradan çıxanların səsinə səs verməklə o əraziyə gəlmiş, elə o vaxtdan da özümü savaş kabusunun ağuşuna atmışdım. Lakin 1-ci müharibədən sonra aradan keçən illər ərzində hər yerdə ağlaşmalardan və mərsiyəxanlardan qaçırdım.
Hə, onu da deyim ki, acı məğlubiyyətin davam etdiyi illərdə bir neçə orta məktəbdə 20 yanvar və Xocalı tədbirlərində iştirak etməli olmuşdum. Tədbirlərin ssenari müəllifləri, adətən, özlərindən asılı olmayaraq, ya ağlaşma qurur, ya da qəzəbi və kədəri böyüdərək ifrata varırdılar...
2002-ci ilin yanvarında isə işimlə əlaqədar Şəhidlər Xiyabanına axışan insanları canlı efirə hazırlamaq məcburiyyətində qaldım və o gün məni tamam dəyişdi. Əsl........
© Qaynar
visit website