menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Tik, tok, mən burdayam!

30 0
29.03.2024

Bəlkə, unutmusunuz, xatırladım, ötən əsrin səksəninci illərində Ağadadaşın, Baloğlanın, İsrailin və sair bu kimi, indi "klassika" hesab etdiyimiz "ara" müğənnilərinin mahnılarından ibarət kasetlər "əl altından" satılırdı. Sonra da əl-əl gəzir, toyları, məclisləri bəzəyirdi.


İndi "Tik-tok"un adını eşidəndə daş atıb başını tutanların əksəriyyəti o havada böyüyənlərdəndir. Hətta aralarında "altdan" mal satan "raypo" müdirlərinin genetik davamçılarını da görmək olar. Eynən indiki kimi, o vaxt da "toylar kralı" Baloğlan barədə "Kirpi" jurnalında karikaturalı tənqidi yazı da getmişdi. Bütün bunlara baxmayaraq, "altdan" satılan kasetlər, əşyalar, Amerika siqaretləri, cins şalvarlar və saqqızlar bir xeyli adamı varlandırıb, digərlərini fərəhləndirirdi. Yadımdadır, o vaxt "Montana" cins şalvarını gözdən salmaq üçün bir "ağsaqqal ziyalı" deyirdi ki, Amerikada bu şalvarı fəhlə üçün tikirlər, heç utanmırsız, kapitalist fəhlənin geyindiyini geyinib toya gəlirsiniz? Yeri gəlmişkən, o vaxt da məşhur məmurların məşhur övladları, toya, gəzintiyə və sair yerlərə tam "kapstran" libasında gedirdilər...


Deyəsən, indi də "bəla" Uzaq Şərqdən gəlir. Hesablayıblar ki, "Tik-tok" Birləşmiş Ştatlarda nə az, nə çox, 160 milyard dollar xeyir gətirir. Epidemiyadır, deyilmi? İnanın, o kasetlər də, "kapstran" mallar da epidemiya idi və böyük gəlirlər gətirirdi.


Bəs, bütün bu kimi "epidemiya"ların axırı necə oldu, onu da bilirsiniz? Cəmiyyəti dəyişdi, mənəviyyatı və mədəniyyəti aşındırdı, sonra isə bir qismi məhv oldu, bir qismi folklora, kiçik bir qismi də sənətə, hətta klassikaya çevrilib bizimlə birlikdə gələcəyə addımladı.


"Tik-tok"un da bu kimi bir axırı var. Onsuz da indi bütün dünyada "sosşəbəkə" senzuraları yaratmaq üçün qızğın iş gedir, qanunvericilik institutları avtomatik texnoloji bloklama proqramları yaradan şirkətlərə böyük qonorarlar vəd edir ki, bizi bu bəladan qoru. İş orasındadır ki, "epidemik" alqoritmləri düşünən........

© Qaynar


Get it on Google Play