menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Təzə ilin köhnə etirafları

20 0
29.12.2023

İlk dəfədir, Yeni il barədə yazmaq istədim. Həyatımızda illər, rəqəmlər dəyişir, amma ruh hər deyəndə dəyişmir. İlk dəfədir, ruhun dəyişmək istədiyini hiss etdim. Etiraf edim ki, hər hansı dəyişikliyə inanmamağımın səbəblərindən biri də keçmişlə, yaşadığımız tarixlə bağlıdır...


...Bir universitet rektoru var idi, adını çəkmirəm, bəlkə, ilini desəm, yadınıza düşəcək - 1989-cu il olardı, vəzifəyə gələn kimi dedi ki, bu yaz bir başqa yazdır. Yəni, ali məktəbin fakültələrində "taksa" (bizim dillə "taskı") olmayacaq, professorlar öz qohum-əqrəbalarını fakültələrə dürtüşdürmək üçün xahiş-minnətə gəlməyəcəklər. Bir sözlə, kimin kəlləsi var, buyursun. Mən də sovet ordusundan qayıdıb yeni həyata başlayırdım. Söz vermişdim ki, "öz başımla" universitetə girəcəyəm. Əsgərlikdən qabaq kitabını oxuyub əvvəl bərk kövrəldiyim, sonra həyat uğrunda mübarizəsindən motivasiya aldığım bir professorla imtahanda üz-üzə gəldim. İmtahanları keçdim, amma bir bal çatışmazlığına görə hazırlıq qrupuna qəbul etmək istədilər. Və bunu mənə həmin professor elan etdi (Etik çərçivələrdən çıxmayım deyə, səbəb və nəticələri yazmıram). İlk dəfə onda özümdən böyük bir adamın "üzünə qayıtdım". Daha doğrusu, onun əsərlərini oxuduğuma görə təəssüf etdiyimi və yerinə utandığımı dedim. Elə o vaxtlardan da müasir tariximizin qaranlıq günləri........

© Qaynar


Get it on Google Play