Qarabağı çirkləndirən dostlarıma
Uşaqlıq illərimin ən acı xatirələrindən biri Kəlbəcər meşələrində ov səhnələrinə tamaşa etmək idi. Bu barədə başqa yazılarımda ətraflı yazacağam.
Lakin ovdan sonra bulaq başında kabab, yeyib-içmək və ətrafa atılan zir-zibil- kababın sür-sümüyü, araq şüşələri, qəzet parçaları, ərzaq qırıntıları məni o qədər mütəəssir edirdi ki, bir gün bu barədə etirazlarımı açıq şəkildə atama demək məcburiyyətində qaldım. O məni başa düşdü, bu səhvləri düzəltmək üçün əlindən gələni edəcəyinə söz verdi, amma mən bir daha ova getmədim...
O gün bir qonşumla küçədə söhbət edirik, ətrafdakı yer-yurdun çirkəndirilməsindən danışırıq, çirkləndirməyə qarşı birlikdə mübarizə üsülları axtarırıq, o isə siqaret çəkir, guya məni tutmasın deyə mədəni şəkildə tüstünü kənara üfürür və söhbətin qızğın yerində indicə boşaltdığı siqaret qutusunu bükmələyib yerə atır. Və heç nə olmamış kimi söhbətə davam edir. Əslində qutunu yerdən qaldıraraqqla, onu utandırmalıvə çıxıb getməli idim, amma bunu etmədim. O isə mənim qızarıb-bozardığımı görsə də, qutunu yerdən qaldırmadı. Beləcə, biz ekoloji arzularımıza davam etdik.
Azərbaycanlılar bir-birinin üzünə gülərək, bütün zibil işlərini birlikdə görürlər.
Bu yazını yazarkən düşünürəm, gör neçə illər keçib, biz hələ də ətrafı zibilləməmək məsələsində yaxşılığa doğru dəyişməmişik. Ovçuluğa meyl edib vəhşi təbiəti qısırlaşdırmağa, əlimizdəki zir-zibili heç nə olmamış kimi........
© Qaynar
visit website