Qədim Romanın tatar çölü
Ali, yaxud orta ixtisas təhsili almaq üçün Şuşaya, Xankəndinə uzun, dolanbac yollar gedən gənc qohumları xatırlayıram. Uşaq vaxtı mən də onlara qoşulub getmək istəyirdim. Sonra müharibə oralara apardı...
Adətən, Kəlbəcərdən Mingəçevirə, Yevlaxa, Tərtərə, Bərdəyə, Ağdama gəlir, sonra mütləq Əsgərandan, Xocalıdan keçib mənzil başına çatırdılar. Nadir hallarda kimsə Araz qırağı uzun bir yol gedib Laçından keçərdi. O tərəfin öz yolu, izi vardı.
Şuşaya, Xankəndinə təhsil almağa gedənlər yataqxanada, kirayədə, qohumları varsa, onların evində qalırdılar. İlin dörd fəsli Kəlbəcərə qayıtmaq üçün də mütləq gəlib Ağdamdan, Ağdərədən, Yevlaxdan, Bərdədən, Tərtərdən, Mingəçevirdən keçməli idin.
Dağ adamları uşaqlıq illərimin keçdiyi Mingəçevirə "sbornaya komanda" (yığma komanda) deyirdilər. Xüsusilə, qış aylarında "aşağıdan", Mingəçevirdən "yuxarı" - Kəlbəcərə qalxmaq da bir başqa hekayə idi.
Sərsəng, Qozlukörpü yolu isə "perestroyka" başlayan kimi cəhənnəm körpüsünə dönmüşdü. Ağdərənin erməni kəndlərində bizi daş-qalaq edirdilər. Dəfələrlə bu halların ağrı-acısını yaşamalı olmuşam.
Birinci Qarabağ Müharibəsi, o müharibənin əsas konturlarını cızan rus komandirlərin dairəvi mühasirə taktikası göstərdi ki, Laçınla Kəlbəcərin, Şuşanın, Daşkəsənin, hətta Gədəbəyin dağ keçidləri arasında güclü yol, kommunikasiya əlaqələri olmalı, Murovdağ silsiləsi onun ətəklərinə sığınan insanlara tarixdə heç vaxt olmadığı qədər yol verməlidir. Kəlbəcər işğal ediləndə, Ömər aşırımından Gəncəbasara........
© Qaynar
visit website