Onda, Sənin toyun mübarək!
Bir-birimizə o qədər calaqlanmışıq ki, hər hansı qanun layihəsilə, əlbəttə, komfort zonamızdan qopası deyilik. Necə ki, Milli Məclisdə oturan deputatların əksəriyyətində qan qohumluğu dominantdır, bütün ölkədə də az qala iki nəfərdən biri yaxınca əqrəbadır.
Əslində bütün bu adətlər çox qədimdir, dinlərin və siyasətin tərkib hissəsi olmaqla bərabər, sosial-iqtisadi mahiyyət daşıyır. Qohum evliliklər, əsasən, ortaq maraqlar, bəzən də qaçılmaz zərurətlər üzündən baş verib: burada sevgi, istək ən axırıncı sırada dayanır.
O gün ictimai rəy sorğularından birində gənc qız belə sual verdi: "Bəs qohum gənclər bir-birini sevsələr, necə olacaq?" Cavab budur ki, qanun qaratikan kolu kimi araya girəcək.
Bəlkə də, bu qadağa (qanun) altşüuri bir istək (instinkt) trendi əmələ gətirəcək? Axı gənc nəsil həm də böyüklərin qurduğu tabuları dağıtmaqla yeni bir dövr yaradır.
Bəlkə də, yeni, "Əsli və Kərəm" tipli dastanlar yaranacaq: dini, milli, etnik mahiyyətlər unudulub eyni tayfanın iki gənci arasındakı eşq hekayəsinə dönəcək? Axı biz bu tipli faciələri körükləməyə meyilliyik. Məsələn, toy bizim ən başlıca ritualımızdır, cənubumuzda hələ də "necə qan ağlamasın daş bu gün,........
© Qaynar
visit website