Mart qırğını, dərd qırğını
Bu barədə bir neçə dəfə, hətta bir hekayəmdə yazmışam. Tarix və yaddaş ona toxunanda canlanır. Kaş ki, sonuncu toxunuşum olsun. Amma bəzən unutmaq istəsən də, özü fırlanıb gəlir ki, mən də varam...
Bir erməni vardı, Qurgen, Kəlbəcərdə ev damlarına dəmir çardaq vururdu. Deyilənə görə, ondan başqa ərazidə dəmirvuran yox idi. Axı o vaxtlar evlərin üstü ya torpaq idi (sən demə, insan üçün ən faydalısı), ya da ən yaxşı halda şifer (ən yaxşısı da zərərli radiasiyalarla dolu tikinti materialı). Şiferi dolu deşirdi, torpağı isə kolxozun hesabına müasirləşmiş kənd əhli ta bəyənmirdi. Üstəlik, indiki kimi, dəb dəbi gətirdiyinə görə bəhsəbəhs düşmüşdü: əvvəl şifer vurduranlar indi dəmir damlarla evlərinə zahiri əzəmət verməyə çalışırdılar. Yay çıxmamış evin üstü dəmirlənməli idi, çünkü yağış mövsümü başlasa, Qurgeni çağırmağın mənası yox idi. Qurgenin bircə gün, bircə saat boş vaxtı qalmırdı. Sifarişlər o qədər çoxalmışdı ki, işlədiyi evdə yatıb-durur, yemək yeyir, hətta hamamlanırdı. Qurgen bizim evdə də işləməli oldu.
Təxminən 1975-ci ilin yayından danışıram. Mən və qonşu uşaqlar........
© Qaynar
visit website