Yetmiş min yol idarəsi - Zamin Hacı YAZIR...
Bu ilin fevralında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) təzə rəhbər qoyuldu, köhnə müdir Saleh müəllimi işdən çıxardılar. O vaxtdan bəri yollarımızda qəribə proseslər cərəyan edir. Bəlkə də biz axırda heç yerə gedib çıxa bilməyəcəyik.
Özünüz qərar verin, mən heç nə demirəm: son 3-4 ayda təzə rəhbərliyin qərarı ilə AAYDA-nın tabeliyindəki 70-ə yaxın idarə ləğv edilib! Bunlardan 54 dənəsi “Filan nömrəli yol istismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), 12 ədədi “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC idi, bir neçə də körpü remontu-istismarı MMC-lər olmuşdur.
Yolların yaşıllaşdırılması ilə məntiqlə ekologiya-filan məşğul olmalı deyilmi? Ancaq asfalt basanla ağac əkən eyni idarə imiş. Bəlkə buna görə bəzi yerlərdə yolun içində ağac bitirdi. Xaçmaz tərəfdə canlı görmüşəm. Hətta camaat həmin ağaca pir kimi nəzir verirdi, nəzirlər AAYDA-ya çatırdı, Saleh müəllim həmin vəsaitlə Nabran yolunda özünə........
