menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Müftə pendir olmur

15 0
28.09.2026

Türkiyədə fond birjalarında dələduzluq edərək xalqın milyardlarla lirə (bəzi hesablamalara görə ümumilikdə 18-25 milyard dollar arası məbləğdən söhbət gedir) pulunu əkişdirən cinayətkar qruplaşma böhranı davam edir. Buna orada “Fon krizi” adı veriblər. Yəqin bunun altında Netanyahunun barmağı vardır. Nırç, nırç, nırç... İmkan vermirlər müsəlmanlar yaşasın.

Əslində bu, dövri-qədimdən bilinən, riyaziyyat məsələsidir. Yadıma gəlir, 1980-ci illərdə rus-sovet alimi Yakov Perelmanın məşhur “Əyləncəli riyaziyyat” kitabında maliyyə piramidasının necə qurulmasının elmi izahı verilmişdi.

Ancaq ümumilikdə bu tip işlərin kökündə elmdən daha çox, insanların tamahı durur. Necə olar bilər ki, sən havayı yerə pul qazanasan? Bir növ, oturduğun yerdə. Dələduzlar məhz bunu elan edib camaatı yolurlar. Əvvəlcə 1 nəfərın pulunu alır, sonra faizlə qaytarırlar. Sonra 1 nəfər 3 olur, 3 5-ə çıxır, “çıxdın beşə, vur on beşə”... Pullar sel kimi dələduzların cibinə axır,........

© Müsavat