Hüquqi təfsirlər
Ali Məhkəmədə vəkil şok yaşayıb. Bu başlığı qəzetdə görəndə ağlımıza pis fikirlər gəldi. Ancaq sən demə vəkilin şoka düşməsinin səbəbi... prosesin qanunlara uyğun aparılması imiş. Sitat: “Sözün əsl mənasında şok yaşadım. Hakim İlkin Abdullayevin apardığı proses indiyə qədər Ali Məhkəmədə çıxdığım cinayət işlərindəki bütün stereotipləri dağıtdı. Hakim rəsmən işin mahiyyət üzrə müzakirə edilməsinə tam şərait yaratdı. İndiyə qədər adət etdiyimiz reqlamentə uyğun formal proseslərdən uzaq, canlı və ədalətli şəkildə işə baxıldı. Məhkəmə tərəflərin dəlillərini ətraflı dinlədikdən sonra yekun qərarını elan etdi”. Sitatın sonu.
Bəli. Vəziyyət budur. Bir ata sözündə deyilən kimi: “Malımız budur, Yarısı sudur, Alsan da budur, Almasan da budur”. Elə günə gəlib çıxmışıq........
