Humanizm keçisi
Fransız rejissoru Bertran Bliye-nin 1979-cu ildə çəkdiyi, baş rolda Jerar Depardye-nin oynadığı “Soyuq qəlyanaltılar” (“Buffet froid”) qara komediyasında belə dialoq var:
“ – Cinayətkar həbsxanada daha təhlükəlidir, nəinki azadlıqda. - Niyə?- Çünki o həbsxanada günahsız insanları pis yola çəkə bilər”
Əlbəttə, sayın və arif oxucularımız mövzunu dərhal anladılar, mən bu sitatla prezident aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin 14 il şərti azadlıqdan məhrumetmə cəzasını şərh edirəm.
Hazırda cəmiyyətimiz 3 yerə bölünmüşdür. Birinci hissə Mehdiyevin şərti cəzasını yüngül hesab edir. İkinci hissə “eybi yoxdur, buna da şükür, ən azı Fəxri Xiyabanda basdırılmayacaq” deyir. Üçüncü qisim isə daha xoşbəxtdir, çünki onlar Mehdiyevi ümumiyyətlə tanımırlar.
Mövzudan uzaqlaşmaq kimi çıxmasın, bu üçüncü qisim barədə 1990-cı illərin əvvəlində satirik “Çeşmə” qəzetində anekdot var idi. Deyir, Etibar Məmmədovun sədrlik........
