menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Eşşək və öküzün bəlalı məhəbbəti

27 0
04.11.2026

Yaxud bizi biabırçılıqdan ayıran 72 saat

ABŞ-da parlament seçkisi oldu, Donald Trampın təmsil elədiyi Respublikaçılar Partiyası uduzdu. Artıq orda deputatxananın yarıdan çoxu Demokratlar Partiyasının əlinə keçmişdir və böyük ehtimalla yaxın aylarda onlar Donald müəllimin pişiyini ağaca dırmaşdırmaqla məşğul olacaqlar. Demokratlar prezidentin qanunsuz əməllərini araşdıracaqlarını söyləyir, prezident isə parlament qərarlarına veto qoymaqla hədələyir.

Heyvan obrazı seçmişkən, onu da qeyd edim ki, orada respublikaçıların simvolu fil, demokratlarınkı isə boz eşşəkdir. Və həqiqətən də Tramp Amerikada, həmçinin, dünya üzərində özünü mətbəxə girmiş fil kimi aparır, qırmadığı qab-qacaq qalmamışdır.

İndi eşşək filə şıllaq atacaq, maraqlı proseslər bizi gözləyir. Milli folklorumuzda, əsasən nağılların girişində indi dünyanın düşdüyü bu vəziyyət təxminən, hətta daha qabağa gedib deyərdim ki, olduğu kimi təsvir edilmişdir: “Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçının baltası. Orda bir tazı gördüm,........

© Müsavat