menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İmtahandan “nou-xau” ilə keçənlər... – Onlar cəm

12 0
22.12.2025

Sövet dövründə yaşamış, o illərin məşhur filmlərinə baxmış (istisnasız olaraq hamı baxırdı) adamlar yuxarıdakı şəklin hansı filmdən olduğunu dərhal biləcəklər.

Bu, 1965-ci ildə məşhur rejissor Leonid Qayday tərəfindən çəkilmiş “I əməliyyatı və Şurikin başqa macəraları” film-almanaxa daxil olan ikinci qısametrajlı bədii lentdən bir epizoddir.

Həmin epizodda bir tələbə “ağrıyan” qulağına radioqəbuledici cihaz bağlayır, auditoriyadan kənardakı dostu ilə əlaqə yaradır, çəkdiyi imtahan biletindəki sualları ona oxuyur, ondan doğru cavablar alaraq danışmaq, müəllimdən yaxşı qiymət almaq istəyir, ancaq onun bu fırıldağının üstü açılır.

Bəli, filmdə göstərildiyi kimi, 60 il öncə də imtahandan əyri yollarla keçməyə çalışan tələbə elm və texniki tərəqqinin son nailiyyətlərindən yararlanmaq istəyirdi.

O dövrdən bəri texniki tərəqqi 60 dəfə artıq inkişaf edib. İndi əl boyda cihaz (mobil telefon) həm televizordur və radiodur, həm videokamera və fotoaparatdır, onun səsyazma, səsötürmə, siqnalvermə funksiyaları var, yazı makinası və sair və ilaxır kimi işlədilə bilir.

Hazırda imtahanlardan əvvəl bu cihazı daşımağı abituriyenlərə və imtahan verməyə hazırlaşan şagird və tələbələrə yasaqlamasalar, hamı onun köməyi ilə imtahanlardan müvəffəq qiymətlər alar. Çətin bir şey........

© Müsavat