menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Toy sezonunun kədərli açılışı – Mukeş qədər olma

45 0
02.09.2026

Başqa müsəlman ölkələrini bilmirəm, amma hər dəfə ramazan, məhərrəm və səfər aylarından sonra ölkəmizin toy sənayesində ajiotaj baş verir, türkün sözü, qalxınma prosesi başlanır.

Bu aylar bizim üçün toylardan nəfəsdərmə müddətidir, bir növ taym-autdur, antraktdır, nə bilim, nədir. Elə ki bu aylar bitir, xalqımızın övladları yeni həvəslə toy industriyasına töhfə verməyə başlayırlar. Bir də görürsən, dəvətnamələr qoşa-qoşa gəlir. Deyirsən, eybi yox, təki toy olsun.

Söz yox, qoy həmişə toy olsun, amma bunun maliyyə-iqtisadi əsaslandırması da olmalıdır axı. Dövri toy sezonunda layiqincə iştirak etmək üçün sabit maliyyə kanalı tələb olunur. Məsələn, o gün dostlardan biri sentyabr ayında dəvət olunduğu toyların günlərini qeyd edib, şişirtmirsə, adam banklardan kredit götürməli olacaq, çünki toy məsrəfi onun aylıq qazancını 3 dəfə aşır.

Ümumiyyətlə, son illər sentyabr, oktyabr, noyabr ayları toy-nişan sarıdan belə olur. Həmkarlardan biri o ayların adını senTOYabr, okTOYabr və TOYabr qoyub.

İndi bir sosioloq qardaş (Hüseyn İbrahimov) deyir ki, toy xərcləri yalnız məclisə yazılan pullarla (nəmərlə) məhdudlaşmır, xeyli başqa xərclər də var (geyim-kecim,........

© Müsavat