Trampın bacarmadığı nəyi Müctəba edəcək?..
Xoşbəxt o adamdır ki, heç vaxt məyus olmur, həvəsdən düşmür, özünə inamını itirmir. Prezident Tramp da belələrindəndir. Biz bu sətirləri yazan zaman respublikaçıların seçkini uduzduğu deyilirdi. Trampın bu məsələ ilə bağlı izahı da özünəməxsus oldu: “mənim adım bülletenlərdə olsaydı biz uduzmazdıq”. Bir sözlə, hər yerdə fanfara, sensasiya və təbii ki, özündən razılıq...
Hələ bütün işlər görülməyib. Amma seçkilərdən əvvəlki konfiqurasiyalar yerində qalır: İsraildə də, ABŞ-da da. Odur hamı düşünür ki, görən, müharibə necə olacaq? Davam edəcəkmi? Əgər davam edəcəkcə necə olacaq? Lap əvvəlcə onu deyək ki, bugünlərdə dini lider Müctəba Xamenei zühur etdi. Onun liderliyi elan ediləndən adam demək olar ki, publika qarşısına çıxmırdı. Amma bugünlərdə onun hərbçilərlə görüşdüyü və onlara tapşırıqlar verdiyi deyildi.
Tapşırıq da bu idi ki, İranın zərbələri coğrafiya bilməyəcək, coğrafiyayla məhdudlaşmayacaq, hətta lazım gəlsə, NATO üzvü olan Avropa ölkələri də vurulacaq. Xub! Molla ki, molla! Bəs bunun nəticəsi, cavabı nə olacaq? İrana qarşı........
