Eybəcərlikləri hasarlamaqla düzəlirmi?..
Qanun, qanunçuluq, qanunun aliliyi demokratiyanın da ali prinsiplərindəndir, amma təbii ki, o qanunlardan söhbət gedir ki, təbii hüquqa, insan haqları, siyasi, mülki və sosial hüquqlarla bağlı beynəlxalq sənədlərə, aktlara, konvensiyalara zidd olmasın.
Normal ölkələr indi belə müddəanı əsas götürürlər ki, əgər yerli qanun beynəlxalq hüquqla ziddiyyət təşkil edrisə, onda beynəlxalq norma əsas götürülür, yoxsa nəsə axmaq bir şey yazıb adamlara demək olmaz ki, bəs bu, ali qanundur, hamınız ona əməl etməlisiniz!..
Beynəlxalq hüququn üstünlüyü səhv etmirəmsə, bizim birinci konstitusiyamızda da vardı – bir daha deyirəm ki, əgər səhv etmirəmsə! İndikilərə baxa bilmirəm bəlli səbəblərdən – məncə ali qanunu bu qədər endirmək lazım deyildi, real dövlətçilikdə bir prinsipdir, hətta konfiqurasiyadır, sənəddə tamam başqa! Sanki adamları qanunlara yox, qanunu adamlara tabe edirlər. Biz belə bəlaları çox yaşamışıq. Məsələn, deyirdilər ki, AXC hakimiyyəti vəzifə üçün adam axtarmır, adam üçün vəzifə yaradır ki, bəzi “bəylər” inciməsin, hamı razı qalsın.
Bunu niyə deyirəm? Yox, deməyin ki, bu, da bir mazoxizmdir, adam özününkülərə və özünə əzab verməkdən xoşlanır.
Yox, təəssüf, bəzi mənfiliklərin bünövrəsi bizim hakimiyyətimiz dövründə qoyuldu. Məsələn, ilk polis rejimini yada salın: bəzi strukturlar özləri hələ yox idi, amma onların polisi vardı, hətta ekoloji polis yaratmaq haqda da........
