Vardanyan Xankəndiyə gələndə Veronika niyə özünü
Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasının 3-cü ildönümündə Azərbaycanın düşmənləri yenə də aktivləşiblər. Bir tərəfdən Parisdən anti-Azərbaycan mövqeyi sərgilənir. Digər tərəfdən İranın İrəvandakı səfiri Bakıdakı həmkarının Kəlbəcərdə isti su içməsini həzm edə bilməyərək Azərbaycan əleyhinə ağlına gələni danışır, şimaldakı Azərbaycan əleyhdarları da fəaliyyətdədir. Eyni zamanda Ermənistanda - baxmayaraq ki, “Real Ermənistan” qurmaq istəyən bir hakimiyyətin sülhməramlı dona bürünmüş mövqeyi var - revanşistlər siçan deşiyindən çıxıblar. Üstəlik, Ermənistanın silahlanması prosesinin davamı da təhlükəli tendensiyadan xəbər verir.
Avropa ölkəsində Nikol Paşinyanı, Azərbaycan torpaqlarını ən azı hakimiyyətdə olduğu dönəmdə iki il müddətində işğalda saxlayan ölkənin rəhbərini, eyni zamanda antiterror əməliyyatı keçirilənə qədər üç il ərzində Qarabağ separatçılarına maliyyə vəsaitlərini ayıran, rus sülhməramlılarının müşayiəti ilə silah-sursatın, Ermənistan istehsalı olan minanın daşınmasını həyata keçirən hökumət başçısı sülh mükafatı ilə təltif olunur. Bu “sülhpərvər” Ermənistan isə gizli və açıq şəkildə silahlanmanı davam etdirir və sanki bir fürsət gözləyir.
Belə bir dönəmdə Azərbaycana qarşı cinayətlər törətmiş Qarabağ separatçılarının başçıları ilə bağlı da növbəti dəfə anti-Azərbaycan təbliğatına start verilib. Xüsusilə də bu günlərdə Ermənistan mediasında Qarabağdakı cinayətkar rejimin maliyyələşməsində xüsusi rol oynamış, terrorizmi maliyyələşdirmiş, eyni zamanda Azərbaycan ərazisinə qanunsuz olaraq keçərək burada qanunsuz hakimiyyətinin özünü “dövlət naziri” adlandırmış Ruben Vardanyanla bağlı yenə də sərsəm iddialara başlanılıb.
Erməni mediası........
