Nüvə sənayesinin inkişaf yolu, nüvə energetikası, yeni imkanlar və perspektivlər... - Fizika üzrə fəlsəfə doktoru yazır
Laçın Tayıbov,
fizika üzrə fəlsəfə doktoru,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı
***
Nüvə sənayəsinin inkişafı ilk növbədə atom və termonüvə silahının əldə olunması ilə bağlıdır. Nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunmasına bir qədər sonra başlanılmışdır. Termonüvə reaksiyaları zamanı hasil olunan enerjidən sülh məqsədləri ilə istifadə olunması isə hələ ki, mümkün olmamışdır.
Nüvə sənayesinin inkişafını iki mərhələyə bölmək olar. Birinci mərhələdə nüvə sənayesinin əsas işi təbii radioaktiv izotopların alınması: uran, torium, radium, polonium və s., müxtəlif ionlaşdırıcı şüalanma mənbələrinin əldə olunması, izotopların ayrılması metodlarının işlənilməsi, ionlaşdırıcı şüalanma qeydedicilərinin istehsalı (ionlaşma kameraları, Heyger-Müller sayğacı və s.), kütlə spektrometrləri, ion sürətləndiriciləri, tibbi diaqnostik aparatların hazırlanması ilə bağlı idi.
Nüvə sənayesinin ikinci dünya müharibəsinin başlanğıcı ilə üst-üstə düşən ikinci mərhələsi isə izotopların istehsalat üçün ayrılmasından ( uranın, hidrogenin və litiumun izotoplarının ayrılması və s.), atom reaktorlarının yaradılması (istilik neytronlu, sürətli neytronlu, impuls rejimdə və s.), Pu-239 istehsal edən reaktorların yaradılması, nüvə və termonüvə silahının müxtəlif komponentlərinin hazırlanması, süni radionuklidlərin istehsalı, texniki, tibbi, kənd təsərüfatında və geofiziki tətbiq sahələrinə malik radiasiyon cihazların yaradılması, sürətləndiricilərin inkişafı və s. ilə bağlı olmuşdur. Atom elektrik stansiyaları və atom mühərrikli sualtı qayığlar da məhz bu mərhələdə işə salınmışdır. Hal-hazırda nüvə sənayesi demək olar ki, bütün dünya dövlətlərində çox böyük sürətlə inkişaf etməkdədir.
Radioaktivlik hadisəsi və bu zaman buraxılan şüalanmanın kəşfindən dərhal sonra atom nüvəsində böyük miqdarda enerjinin olduğu aydın oldu. Lakin, ionlaşdırıcı şüaların enerjisi energetik nöqteyi nəzərdən elə də maraq doğurmurdu. Uranın bölünməsi və zəncirvari reaksiyanın mümkünlüyünun kəşfi, mənzərəni kökündən dəyişdi. Bundan dərhal sonra isə bir çox alimlər nüvə reaktorlarının və nüvə silahının yaradılmasının perespektivlərini qiymətləndirməyə başladılar. Uranın istilik neytronlarının təsiri ilə bölünə bilməəsi kəşf olunandan sonra Almaniyada, ABŞ-da, Böyük Britaniyada, Yaponiyada, SSSR-də nüvə silahlanması üzrə proqramlar işə düşməyə başladı. Zəncirvari proseslərdən istifadə ideyası ilk dəfə uranın bölünməsi kəşf olunmazadan əvvəl Macar fizik Leo Szilard tərəfindən 1933-ci ildə irəli sürülmüşdür.
Almaniyada uran layihəsi ikinci dünya mühariəsinin başlanğıcına qədər başlamışdı. Belə ki, 1938-ci ilin sonlarında Alman alimləri Otto Qan və onun köməkçisi Friz Ştrassman, uran nüvəsinin neytronlarla bombardman edilməsi zamanı bəzi nüvələrin böyük enerjinin ayrılması ilə təxminən iki bərabər hissəyə ayrıldığını müşahidə etmişlər. Bir il sonra bu nəticələr L. Szilard, Yu. Vigner, E. Fermi tərəfindən ABŞ-da, Dj. Uiler tərəfindən İngiltərədə, F. Jolio-Küri tərəfindən Fransada, Ya. Zeldovich, və Yu. Xariton tərəfindən SSSR-də təsdiqini tapdı. O. Qan v. F. Ştrassman tərəfindən müşahidə olunan bu hadisə 6 yanvar 1939 ci ildə “Naturwissenschaften” jurnalında dərc olunur və artıq həmən ilin aprel ayında Q. Yos, V. Xanle, və V Qrot, kimi fiziklər o vaxtki Almaniya rəhbərliyinə nüvə silahının hazırlanması üzrə tövsiyyə xarakterli müraciət ünvanlayır. Hətta bu məqsədlə sonradan müəyyən maliyyə vasiti ayrılmasına baxmayaraq bəzi çətinliklər səbəbindən işlərin gedişatı nüvə silahının əldə olunmasına imkan vermir. Lakin həmən ərəfədə Almaniyada bu istiqamətdə aparılan bu tədqiqatlar İngiltərə və ABŞ-ı çox narahat edirdi və buna görə də bu dövlətlər də paralel olaraq bu istiqamətdə tədqiqatların aparılmasına böyük diqqət ayırırdı. 1939-1940 ci illərdə bu sahədə tədqiqat aparan dahi alimlər öz çıxışları zamanı uran nüvəsində olan bu böyük miqdarda enerjidən həm sülh həm də nüvə silahı əldə etmək üçün istifadənin mümkünlüyünü xüsusi ilə vurğulayır və bu zaman urandan hərbi məqsədlərlə istifadənin mümkünlüyü ABŞ-ın diqqətini daha çox cəlb edirdi. 1939-ci ilin mart ayında hərbi-dəniz nazirliyinin rəhbərliyi ilə baş tutan konfransda Fermi uranda istilik neytronlarının təsiri altında idarə oluna biləcək zəncirvari nüvə reaksiyalarının, sürətli neytronlarla isə partlayış xarakterli reaksiyanın gedə bilməsinin mümkünlüyünü göstərdi. 2 Avqust 1939 ci ildə Eynşteyn........
© Mia.az
visit website