GÜNƏŞ NƏ ZAMAN DOĞACAQ - Emin PİRİ yazır
150 AZƏRBAYCANLININ QƏTLƏ YETİRİLMƏSİNDƏN 80 İL ÖTÜR...
1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur.
Bu sözlər Türkiyə istehsalı olan "Günəş nə zaman doğacaq” adlı filmin sonluğudur. Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə sığınan o 150 nəfərsə azərbaycanlıydı. Bu hadisədən 75 il ötür.
Dövlətlər arası münasibətə, kapitalist və sol blok arasında yarana biləcək daha böyük ixtilafların qarşısını almaq üçün azərbaycanlı mühacirlər SSRİ-yə təslim edildi. Halbuki, onların başına nə gələcəyini bilirdilər. Amma dövlət marağı, dərin siyasət o insanların həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə böyük basqısını da nəzərə almaq lazımdır.
Bu film Türkiyə siyasi səhnəsində böyük dəyişikliklərə, terrorun daha da artmasına, sonda isə ölkədə hərbi çevrilişə rəvac verən bir amilə çevrildi.
Zaman-zaman bu olay Türkiyədə sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:
"1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır və Türkiyəyə sığınır. Azərilər öz qardaşlarının yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd polisinin komandiri gözlərinə inanmır. Azərilər türk əsgərlərinin ayaqlarına düşür. "Nə olar bizi siz öldürün, amma onlara təslim etməyin” deyirlər. Azəriləri təslim edirlər. Sərhəddə türk əsgərlərinin gözləri önündə azərilər öldürülürlər. Komandirin də hadisədən sonra intihar etdiyi........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin