menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qapısını açıq saxla ümidin... - Əbülfət Mədətoğlu yazır

20 0
30.09.2024

Bütün hallarda insanı yönəldən, onun məramını, məqsədini diri tutan, ayaqda saxlayan daxili inamdı, yəni Ümiddi. Bu mənada səninlə üz-üzə dayanan, səni bərkə-boşa çəkən, bəzən haqlı, bəzən haqsız qınayan hər kəsin içində həmin o Ümid onun öz istəyinə, öz daxili aurasına görə formalaşır. Yəni kim necədirsə, əxlaqı, dünyagörüşü, mənəviyyatı hansı nüanslarla cilalanıbsa elə Ümidi də ona bab gəlir, onun oxşarı, lap bir az da kobud desəm tayı olur. Çox təəssüf ki, bəzən bu ölçülər bir-birinə elə sarmaşıq kimi sarılır ki, dayanıb təəccüb etməkdən, təəssüf etməkdən başqa əlindən heç nə gəlmir. Deməli, Allahın yaratdığı bəndə özünün içində yaratdığı ilə bir harmoniya təşkil edir və sonda da əlini dizinə çırpıb gileylənməyə üzü də qalmır. Nə isə…

Gerçək olan budur ki, normal, müsbət auralı Allah bəndəsi hər yerdə və hər zaman işıq kimi, nur kimi görünür, duyulur, hiss edilir. Ona görə də həmin adamların alnı qırışanda, gözlərinə bulud gələndə çevrədəkilər dərhal duyurlar, hiss edirlər. Ona təsəlli verməyə can atırlar. Hətta yol göstərib məsləhətlərini də əsirgəmirlər. Burda da bir səbəb var. O da həmin insanın haqq etdiyi və Allahın da ona mükafat olaraq alın yazısında işarələdiyi işıq olmaq qismətidi. Məhz həmin o qismət onun Ümidə doğru gedən yoluna da işıq salır. Nəticədə tarazlıq yaranır. ,.

Mən bu fikirləri bilgisayara bir az qarmaqarışıq, xaotik şəkildə diktə elədim. Çünki yazımı başqa aurada yazmağa kökləmişdim özümü. Lakin bir an içimdə elə bilgisayar yazarının özünün də əhvalında qanqaraçılıq yarandı. Necə deyərlər, bir milçək bir könül bulandırdı. Nəticədə fikir haçalandı. Sözlər pərən-pərən düşdü. Elə o zaman kəsiyində dilimin ucundan «nə isə»… fikiri uçub getdi. Demək səbrimi cilovlamaq, sözümün əvvəlinə qayıtmaq üçün bir pauza etmək istəyi özünü büruzə verdi. Mən də həmin istəkdən sonra yenidən qayıtdım fikirlərimin başlanğıcına…

Bu, bir həqiqətdir ki, insan ümidlə yaşayır. Ona görə də min illərin bir deyimi hər zaman təkrarlanır. O fikiri kimin ifadə etdiyini, kimin ilk dəfə dediyini bilmirəm. Amma bu gün bildiyim odur ki, «Sonuncu ölən ümiddi!». Bax, elə mənim də istəyim, məramım, lap açığı can atdığım həmin o pir bildiym, and yeri bildiyim Ümid yeridi, Ümid evidi, Ümid ocağıdı. Bütün varlığımla o yerə, o evə, o ocağa pərvanəyəm. Bilirəm ki, qanadları güclü, qaməti şax olan sevginin Ümidi də dəyanətlidi, güclüdü və o, insanın........

© Ədalət


Get it on Google Play