Kəlbəcərə qovuşan Elvüsal - Əbülfət MƏDƏTOĞLU yazır
Dünya insanlarla gözəldi. Amma nə edəsən ki, insan formatında gözə görünənin hamısı böyük hərflə yazılan, ürəklə çağırılan insan deyil. Mənə görə bu böyük insanların kölgəsinə sığınan hansısa varlıqlardı. Lap bir az da kobud səslənsə, ağacdan şirə çəkən qurdlara bənzəyirlər. Təəssüf ki, onlarla mübarizə aparmaq mümkün deyil. Amma yaxşı ki, yaxşılar var! Böyük hərflərlə yazılan YAXŞILAR!..
Mən onu 1975-ci ildən üzü bəri tanımışam. Öncə mətbuatdakı imzasını, sonra da özünü. Və həyat elə gətirib ki, bu tanışlıq isti, səmimi bir münasibətin özülü olub. Hətta bağ evinin də qonağı olmuşam. Oturub hovuzun kənarında dərdləşmişik. «Hovuz» sözü bir az böyük səslənir. Adam elə təsəvvür edir ki, bağ da böyükdür, elə hovuzun özü də. Lakin bu onun və mənim ölçülərimlə, düşüncələrimlə böyük idi. Çünki bu həyətdə özünün dediyi kimi, bir-iki ördək, qazdan və bir də onunla «söhbətləşən» balaca itdən başqa elə böyük bir təsərrüfat yox idi. Ev də imarət yanındakı koma kimi bir yer idi. O da sığınmışdı Kürdəxanıdakı bu bağa, bağlar üçün, Kəlbəcər üçün darıxanda çəkilirdi öz komasına və…
Azərbaycan oxucusu Hidayət Elvüsal imzasını çox gözəl tanıyır. Onun Sovet dönəmindən üzü bəri yazdığı bütün yazılar demək olar ki, oxucunun tutiyəsi idi. Hər kəs axtarırdı o imzanı, o yazını. Hamı bilirdi ki, Hidayət yazırdısa, o yazının damarında yumor var, satira var. Ona görə məmurlar, vəzifə sahibləri, xüsusən mədəniyyət işçiləri onun qələminə........
© Ədalət
visit website