Məni duyğulandıran Zəka - Əbülfət Mədətoğlu yazır
Mənim üçün ruh adamları təkcə doğmam, dostum, əzizim deyil, bu, həm də güvəndiyim insandır. Yəqin ki, bunun nə demək olduğunun fərqindəsiniz. Ona görə də ruh doğmamı güvəndiyim insan sayıram ki, onunla həyatımı, düşüncələrimi, arzularımı, hətta bəzən sevgini də bölüşüb, müzakirə edib hansısa bir nəticəyə gələ bilirsən.
İndi barəsində daha bir yazını qələmə aldığım bu insanı Azərbaycanda, elə onun hüdudlarından kənarda da tanıyırlar, sevirlər, dəyərləndirirlər. Çünki o, həm mənəviyyat adamıdı, həm əxlaq adamıdı, həm mədəniyyət adamıdı, həm ruh adamıdı, həm də ən vacibi o, adam kimi ADAMDI !!! Bu, cizgiləri özündə təmsil edən və həm də qarşısındakına böyük ürək və sayqı ilə yönəldən həmin o adam kimi ADAMIN adı və soyadı Zəka Vilayətoğludur!
Yəqin ki, bu ad və soyad artıq hər şeyi sizə çatdırdı və siz də mənimlə razılaşdınız. Çünki onun səsi, onun ifası və onun yaradıcılığı özü o qədər daxili gücə, incə ruha və saf bir duyğuya söykənib ki, ondan yan keçmək mümkün deyil, çəkir adamı özünə və günlərin bir günündə də məni çəkdi, məni öz səsinin, öz yaradıcılığının sehrində sadəcə susub dinləməyə, düşünməyə məcbur etdi. O gündən mən Zəka Vilayətoğlu dünyasının aurasındayam. Demək olar ki, hər gün onunla təmas qurur, sosial şəbəkədə paylaşdığı ifalarını, yaradıcılıq nümunələrini, günə olan sözünü diqqətimdən yayındırmıram. Çünki onun dediyi «Günün sözü» də mütləq........
© Ədalət
visit website