menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Ömrümdə bircə adama mədhiyyə söylədim” - Mühacirlər Sabir haqqında

14 0
10.04.2024

Ötən əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının önəmli simalarından Mirzə Ələkbər Sabirin Türkiyədə tanınmasında mühacirət mətbuatımızın, eləcə də bu ölkədəki millətçi jurnalların mühüm rolu olub. Bir çox jurnalda onun həyatı haqqında məlumat verilib, şeirlərindən nümunələr təqdim edilib.

Məhəmmədəmin Rəsulzadənin İstanbulda çıxardığı “Odlu yurd” jurnalının 1929-cu ilin iyulunda çıxan 5-ci sayında azərbaycanlı mühacir Məhəmmədşərif Əfəndizadənin “Sabirə aid bir xatirə” adlı geniş yazısı işıq üzü görüb. Mirzə Ələkbər Sabirlə həmyerli və qonşu olan Əfəndizadənin bu maraqlı yazısını növbəti günlərdə təqdim edəcəyik.

Mühacir Əhməd Cəfəroğlunun İstanbulda çap etdiyi “Azərbaycan yurd bilgisi” dərgisinin 1934-cü ildə çıxan 33-34-cü qoşasayında Cümhuriyyət Parlamentinin üzvü olmuş Məhəmmədəli Rəsulzadənin “Azəri ədəbiyyatında Sabir” adlı məqaləsi dərc olunub. Sabirin həyat və yaradıcılığı ilə bağlı geniş bilgi verən müəllif onun haqqında maraqlı təhlillər aparıb: “Həqiqətən də, Sabir məzacına sadiq qalaraq ancaq bir dəfə mədhiyyə söyləmişdir. O da Məhəmmədəli şahın istibdadına qarşı üsyan etmiş İran Azərbaycanı əhrarları başçısı Səttarxan haqqında söyləmişdir. Vaxtilə rəhbərlik etdiyi mücahidlərlə birgə dövlət qüvvətinə qarşı mücadilə aparan Səttar xan ayağından yaralanmış və qanqren nəticəsində ölmüşdür. Bundan xəbərdar olan Sabir “ömrümdə bircə adama mədhiyyə söylədim, onun da başına bu fəlakətlər gəldi” demişdir... Sabir bizə görə xüsusi mənada bənzərsiz bir şair və tənqidçidir. O, təkcə Azərbaycan, Qafqaz türk və müsəlmanlarının dərd və ehtiyaclarından bəhs etməklə yetinməmiş, Türkiyə, İran, Türküstan, Şimal türklərinin və digər İslam aləminin hamısının ehtiyac və nöqsanlarını görmüş, mənimsəmiş, bunların hamısından imkan daxilində bəhs etmişdir”.

Dərginin 1934-cü ildə çıxan 35-36-cı qoşasayında Məhəmmədəli Rəsulzadənin məqaləsinin ikinci hissəsi çıxıb. Məqalənin bu qismində Sabirin şeirlərindən nümunələr verilib, şeirin yazılma səbəbi, təhlili təqdim........

© Teleqraf


Get it on Google Play