menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Mikayıl Müşfiqin Sovet ideologiyasını təbliğ edən uşaq şeirlərindən

4 1
02.08.2024

Mikayıl Müşfiqin Sovet ideologiyasını təbliğ edən uşaq şeirlərindən.

Cəvahir Tanrıverdi/ Sosial İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi

Mikayıl Müşfiq və uşaq ədəbiyyatı deyərkən əsasən ağlımıza ilk gələn “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı olur . Burada isə biz onun fərqli uşaq şeirlərinə diqqət yetirəcəyik. Hansı ki məhz Sovet ideologiyası əsasında yazıldığı, daha doğrusu, məcbur yazdığı açıq aydın şəkildə özünü göstərən şeirlərə. Bunu onların adlarından da görmək mümkündür.
1927-ci ildə yazmış olduğu “Pioner” şeiri hər biri altı sətirdən ibarət olmaqla dörd bənddə tamamlanır. Şeirdə əvvəlcə şair təbiətin sərtliyi ilə, sanki, pionerin gücünü, bu sərtliyə qarşı gələ biləcək müqavimətini müqayisə edir. İsti yay aylarının ardınca gələn çovğunlu, boranlı, soyuq payız fəsli ilə pionerlərin yolunu artıq dərnəklərin gözlədiyini nəzərə çatdırır:
Rahatlıq zamanı keçdi, nəzər qıl,
Yolunu gözləyir dərnəklər indi.
Xəzandan qüvvətli olasan gərək,
Gərək təbiətə biz qalib gələk.
Şair pionerin sinəsinə taxdığı qırmızı lentanı belə dəyərləndirir. Bu lenta onun yüksəklik simvoludur. Onun qırmızı rəngi müvəffəqiyyət rəmzidir. Bu pioneri qaranlıq yerlərdə belə nurlandırır:
Döşünə taxdığın qırmızı lenta,
Çalış ki, düşməsin yerə, torpağa.
Əyilsin qarşında dağlar, qayalar,
Sarıl dalğalanan qızıl bayrağa.
Varlığın gün kimi qırmızılaşsın,
Qaranlıq yerlərə nurunu saçsın.
Göründüyü kimi unudulmaz şairimiz Mikayıl Müşfiq bu bircə bəndlə pioneri nə qədər yüksəltmiş, onu dağlarla, qayalarla müqayisə edərək ən uca mərtəbəyə qaldırmışdır.
“Pioner, ey əmək qaraulçusu,” -deyə pioneri səsləyən şair onu doğru yolun yolçusu adlandırır. Pioneri ürəklərdə saray qurub səsi ilə ən köpüklü çayları, uğultulu tutanları öz kölgəsində qoyan yüksək məslək sahibi olaraq şeirində əks etdirir.
“Pioner” adlı şeirdən də göründüyü kimi Mikayıl Müşfiq Sovet dövrünün mənafeyini oxşayan şeirlərlə də yaradıcılığını zənginləşdirmişdir.
Şairin uşaqlar üçün yazdığı digər şeiri olan “Pambıq” şeiri də təxminən yaxın movzudadır. Şeirin əvvəlində Qara Papaq kəndinin pionerlərinin bir kluba toplanmağının vacibliyi əks olunmuşdur. Burada baş tutacaq iclasda hər kəsin iştirakının vacibliyi göstərilir. Hətta, iştirak etməyənlərin ağır töhmət alacağı xəbərdarlığı da verilir. Dəstə rəhbəri Gülnaz ölkəyə ağ qızılın gərəkli olduğunu bildirir. Hamını pambıq yığımına səsləyir. Pambıq yığımının faydalarından söhbət açaraq onu bu ölkənin güc simvollarından biri kimi göstərir:
Ağ qızıl........

© tarihistan.org


Get it on Google Play