menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"1400 qramlıq orqan" (incognito)

14 0
previous day

(Birinci hissə)


Paskal "Düşüncələr" əsərində deyirdi: "Bəşər övladı onu bürüyən heçliyi və onu udan sonsuzluğu anlamaqda acizdir".


Beynimizin yüz milyardlarla hüceyrələri var və onlar neyron və qliya adlanır. Qarmaqarışıq şəhər adlanan bu hüceyrələrdən bəhs edən kitabı hər birimiz yəqin ki, oxumaq istəyərik. Biri digərinə sürətli, saniyədə yüzə çatan elektrik siqnalları göndərən bu hüceyrələr

bizi depressiya sala, panik atak, davranış pozuntusu yarada, əsəbi, qəzəbli, epilepsiya edə bilər. Biz çoxumuz bu hüceyrələrin sayından, göndərdiyi siqnallardan tamamilə xəbərsiz olub, həkimlərə, prixoloqlara, psixoterapevtlərə üz tuturuq. Onlardan biri də bizə demir ki, sənin kəllə qutunun içində jeleyəbənzər, çəhrayı rəngli, orta hesabla 1400 qramlıq orqan var və o arzu etdiyimiz hər şeyi asanlıqla həll etməyə qadirdir. Bu kitabı oxuyub bitirdikdən sonra eşq acısı çəkib, əzab yaşayanlara uca səslə qışqırıb deməyim gəlirdi: özün həll edə bilərsən, o heç kimdir, ondan bu şəkildə asılı ola bilməzsən, sən onu beynində formalaşdırmısan, onun sənin həyatında varlığı sənin ona duyğuların olduğu qədərdir, sənin ona verdiyin məna onun səni incitməsinə səbəb olub, beyninə bir əmr versən, artıq onu bir dəfəlik silmək asan, su içmək kimi asan olacaq!


Bu fikirlərlə özümüzü məşğul etdikdə, yəni bir uğura imza atmaq və ya başlamaq istədikdə, bizi üzən birini həyatımızdan tamamilə çıxartmaq istədikdə, xəstəliyimizə qalib gəlmək arzumuz olduqda, həyatın mənəvi rahatlıq tərəfinə üz tutduqda çoxlu düşüncələr bizi idarə edir. Özü də çox usta şəkildə, əsl diktator kimi, dominant formada bizə başçılıq edir. Bəs fikir dedikdə nə başa düşürük?


Müəllif yazır ki, fikrin ağırlığı yoxdur, müvəqqətidir, şəkli, qoxusu yoxdur, onu fiziki olaraq əldə edə bilmərik. Amma səslər kimi fikirlərin də fiziki bünövrəsi var. Müəllifin yazdığı kimi, beyində baş verən dəyişikliklər fikirlərimizi də dəyişir. Dərin yuxu zamanı........

© Qaynar


Get it on Google Play