Ayını bəyənin, paylaşın...
Biz uşaq olanda Lev Tolstoyun “İki yoldaş” adlı hekayəsini məktəbdə öyrədirdilər. Qısa hekayə idi, süjetə görə, iki dost uşaq meşədə gedərkən ayı ilə qarşılaşır, biri qaçır çıxır ağaca, o biri görür, çatdırmayacaq, özünü ölülüyə vurur. Ayı gəlir yerdəki uşağı iyləyir, çıxır gedir, guya ayılar ölü əti, leş yemirlər.
Təbii ki, bu, kökündən yanlış informasiya idi və uşaqların həyatı bahasına başa gələ bilərdi, çünki ayılar ölü canlıların ətini də gözünə təpir. Yəqin o üzdən Sovetlər dağılandan sonra həmin hekayəni məktəb planından çıxarmışıq. Bəlkə də qalır, dəqiq bilmirəm. Hazırda məktəb temasını çox qurdalamaq məsləhət deyil.
Qayıdaq hekayənin ibrətlik hissəsinə. Söhbət belə davam edirdi ki, ağacdakı uşaq ayının dostuna nəsə pıçıldadığını düşünür, düşəndə ondan bunu soruşur. Özünü ölülüyə vuran uşaq isə deyir: “Ayı mənə dedi səni atıb........
