menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Xristianın göndərdiyi pulu talayan müsəlmanların

42 0
21.07.2026

Yazıda bir çox futbolçuların adı keçəcək, amma bu, futbol söhbəti deyil.

Sadəcə, başa çatmış mundial bizə bir çox mətləbləri ahəstəcə başa saldı.

Biz ideoloji təbliğatın gücünü, yalan-böhtanlarla kütlələri necə qızışdırıb idarə etməyin konturlarını gördük.

Futbol üzrə dünya çempionatının oyunları yarıya çatanda milli azarkeşlərimiz artıq iki tirəyə bölünmüşdülər. Bir hissə klassik futbol ölkələrinin (Almaniya, Braziliya, Fransa, İngiltərə, İspaniya) birinə azarkeşlik edir, onların baxımlı və üstün oyun oynadıqlarını əsas gətirərək, çempion olmasını istəyirdilər.

Digər tirə isə mundiala qatılan müsəlman ölkələrindən (Türkiyə, Mərakeş, İran, Özbəkistan, Seneqal, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Əlcəzair) birinin mərhələ adlamasını, yarımfilana qədər irəliləməsini, hətta çempion olmasını arzu edirdi.

Din təəssübkeşlik məsələsi idmana sirayət etmişdi. Milyonlarla azarkeş məsələyə bu prizmadan yanaşırdı. Məgər digər dini konfessiyalar yarışa qatılanlar arasında din-məzhəb ayrı-seçkiliyi edirdilər? Məsələn, finlandiyalı, danimarkalı azarkeşlər öz ölkələrində oturub-durub deyirdilərmi ki, hansı ölkə çempion olur-olsun, təki........

© Müsavat