Vacib işin pis adı - “işverənlik”, “üzəduranlıq”
Təxminən 8-9 il öncəydi, redaksiyadakı iş otağımızda oturub odan-burdan göft-gu edirdik.
Aarada söhbət ictimai nəqliyyatdan, bərk sürən, qəza şəraiti yaradan avtobus sürücülərindən düşdü. Gənc həmkarlarımızdan biri bu günlərdə başına gəlmiş əhvalatı danışdı, dedi ki, o gün işdən evə gedəndə mindiyi avtobusun sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozurmuş həm də irad bildirən sərnişinlərlə qaba danışırmış, bu da avtobusdan enən kimi nəqliyyat işlərinə baxan şəhər idarəsinə zəng edib, şikayətlənib. Bu gün işə gələndə isə ona idarədən zəng ediblər ki, artıq sürücünü tapıb cəzalandırmışıq, şirkətə də ciddi xəbərdarlıq etmişik.
Biz dərhal dedik, düz eləmisən, olası bir qəzadan günahsız insanları qurtarmısan. Onun hərəkətini təqdir etdik, sonra söhbət yüngülvarı şəkildə zarafat səmtinə, türkün sözü, kaydı, dedik, amma bunu vərdişə çevirmə, məsələn, bu gün işdən gedəndə yolda-rizdə nəsə bir neqativ hal görsən, dərhal aidiyyatı təşkilatlara müraciət etmə. “Adın çıxar” dedik, ta dərinə getmədik, adının nədə çıxacağının adını demədik.
Sovet dövrünün axır illərində yuxarı sinif şagirdi olmuş başqa bir həmkarımız həvəsə gəldi, danışdı ki, o da SSRİ dağılmamışdan 1-2 il qabaq məktəbin bufetçisindən AzTV-də yeni açılmış “Ticarətdə qayda yaratmaq hamının işidir” verilişinə........
