Cır qozlar, cırtqoz darğalar
Yabanı giləmeyvə və digər nemətlərin dərilməsinə dair cərimələr söhbəti gündəmdəykən iki xatirəmi yazım, sonra gec olar.
Axırıncı dəfə ABŞ-də olanda (bu ifadənin nə demək olduğunu çox adam bilir) Cənubi Karolina ştatında bir ailədə qalırdım. İki nəfər idilər və geniş həyətləri vardı. Təxminən 25-30 sot. Amma həyətdə nə bir meyvə ağacı vardı, nə bir keşniş-şüyüd ləki. Eləcə, beş-altı hündür palıd ağacıydı, budaqlarında dələlər oynaşırdı. May ayıydı, həyəti ot basmışdı, güman ki, 15-20 günə qazonbiçən maşınla sahmana salacaqdılar.
Bir gün evin yiyəsi olan italyan əsilli professora və onun irland xanımına sınıq ingiliscəmlə dedim ki, bu boyda gözəl və bərəkətli torpağı olan həyətiniz var, nə əcəb həyətdə tərəvəz bostanı və meyvə ağacları yoxdur. Adam dedi ki, bu, bizim tənbəlliyimizdən deyil, bu ətrafda heç kəs həyətində elə şeylər əkmir, çünki biz elə etsək, meyvə-tərəvəz becərənlərin biznesinə mane olmuş olarıq, onların təsərrüfatı rentabelli işləməz. “Onlar əkib-becərir, biz isə pulumuzu verib alırıq, nəticədə aqrar sahə gəlirlə işləyir”, - professor dedi, mən də onun izahına qane oldum. Məntiq vardı.
Bu məntiq özünü ərzaqla tam təmin edən ölkə və bölgələrdə işləyir. O yerdə ki,........
