Doğrudanmı Paşinyan vaxt udmaq istəyir?..
Mən bir şeydə razıyam – Paşinyan və komandası sülh ritorikasını yaxşı mənimsəyiblər. Bunlar anlayıblar ki, Qərb (hətta Fransa!) onlardan sülhə yönəlik addımlar, çağırışlar gözləyirlər. Paşinyan unutmayıbdır ki, təzəcə baş nazir olanda, Qarabağ separatistlərilə yallı gedəndə onu bir Qərb ölkəsi bir stəkan çay içməyə dəvət etmirdilər. Hər şey İkinci Qarabağ savaşı bitəndən sonra, xüsusən də Paşinyan onun nəticələrini tanıyandan sonra dəyişdi.
Başladılar Nikol Paşinyanı ora–bura dəvət etməyə. İndi də,- gündə onlara bəzi azərbaycanlı məmurlar tərəfindən müxtəlif yarlıqlar yapışdırılsa da - Qərb ölkələri başa düşür ki, Ermənistan probleminin kardinal şəkildə həlli onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin yoluna qoyulmasından keçir. İkinci Qarabağ savaşından sonra Paşinyan başladı öz vətəndaşlarını tərbiyə etməyə, onların şüurunu yeniləməyə. Doğrusu, mən düşünmürəm ki, adama bir gecənin içində hər şey agah oldu. Yox, böyük ehtimalla əvvəldən belə düşünürdü,........
