45 il əvvəl Mehridən çəkilən yol və Prezidentin
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizi - TRIPP marşrutu ilə ilə bağlı dedikləri Ermənistanı əməlli-başlı silkələyib. Düzdür, bir sıra erməni ekspertlər hələ də dövlətimizin və dövlət başçımızın humanizmə, bəşəri ideyalara əsaslanan siyasətini dərk edə bilmir, anlamağa çətinlik çəkir, yaxud uzun illərin xəstəliyi onları normal yanaşma ortaya qoymaqdan məhrum edir...
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra spekulyasiyalara tutarlı cavab verdi. Bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub. Sitat:
“Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.
Bu, Zəngəzur dəhlizini kiminsə adına yazmağa çalışanlara ünvanlanmış mesajdır. Özü də tarixi coğrafiyamız haqqında öz adı ilə danışdı: Zəngəzur dəhlizi!
Cənab Prezident hər zaman Qarabağın azad olunması ilə bağlı əminliklə danışdığı kimi, Zəngəzur dəhlizinin açılacağına da zərrə qədər şübhə etməyib. Ümummilli Lider Heydər Əliyevin zamanında Qarabağa mütləq qayıdacağıq, dediyi kimi, Qərbi Zəngəzura qayıdacağımızı da inamla söyləməsini unutmamışıq. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqənin yaradılması üçün Heydər Əliyev hələ ötən əsrin 80-ci illərində əlindən gələni etmişdi. O zaman Azərbaycan SSR-in dəmiryollarının balansında olan Mehri dəmir yol stansiyası Azərbaycan Dəmir Yol İdarəsinə tabe idi. Həmin dövrdə Zəngilan – Ordubad dəmiryolu xəttinə paralel şəkildə avtomobil yolunun tikintisinə də başlanılmışdı. Bununla bağlı həm Kremlin bürokratik aparatının sədlərinin açılması, həm erməniçiliyin maneçiliyinin dəf edilməsi baxımından xeyli işlər görülmüşdü, məhz Heydər Əliyevin nüfuzu, imkanları, böyük təcrübəsi və SSRİ rəhbərliyi ilə birbaşa kommunikasiya imkanlarına malik olması səbəbindən.
2021-ci ildə Musavat.com-a bununla bağlı açıqlama verən, əslən Qərbi Azərbaycandan olan, 1991-ci ildə Qərbi azərbaycanlıların sonuncu dayanacağı olan Nüvədi kəndini tərk etmək məcburiyyətində qalan sabiq millət vəkili Alqış Musayev bunları söyləmişdi:
“Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi. Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli ola da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev “mən Naxçıvana Mehridən yeni yol çəkirəm” düşüncəsini açıq-aşkar həyata keçirə........
