ŞAİRLƏR BİR DƏFƏ DOĞULUR… - Vaqif Yusifli yazır
Deyirlər ki, daha yaxşı şeirlər yazılmır, şairlərin sırası geniş, amma hanı altmış, yetmiş, səksəninci illərdə yazılan o gözəl şeirlər…Bəlkə də bu sözdə bir həqiqət var. Mən şeir sözü ilə bazar sözünü qətiyyən eyniləşdirmək və ikisinin qoşalığından yaranan «şeir bazarı» ifadəsini işlətmək istəməzdim. Amma altıncı sinif şagirdindən tutmuş hansısa bir tanınmış akademikə qədər hamı «şeir» yazırsa və bu «şeirlər» əksər qəzetlərin, jurnalların səhifələrində və kitablarda əks olunursa, içi də, mahiyyəti də əsl poeziyadan bir zərrə belə sənin ürəyinə gedib çatmırsa,çatmırsa, səni düşündürmürsə, bu «şeirləri» yazmağa dəyərmi? Vaxtilə, keçən əsrdə, 1845-ci ildə V.Q. Belinsiki yazırdı ki: «Şair olmaq indi o deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq-poetik obrazlarla düşünmək deməkdir…O poeziyanın ki, kökləri özü-özünə vurulmuş, özündən bədgüman şəxsiyyətin şıltağında, kədərində, yaxud sevinclərindədir və bu şəxsiyyət ki, toyuq öz yumurtalarının başına hərlənən kimi, özünün bu gözəl hissləri ilə əlləşib vurnuxursa-bu gür poeziya diqqət əvəzinə nifrətə layiqdir».
Amma müasir Azərbaycan poeziyasını bu «quş kimi civildəyənlərdən» deyil, sözün əsl mənasında poetik istedadların varlığı ilə düşünmək gərək…O şairlərdən biri də Kəramətdir (Kəramət Rza oğlu Şükürov). Kəramət Gəncədə pedoqoji institutunun filologiya fakültəsini bitirib,bunu yazmaya da bilərdim, amma Kəramət dönə-dönə xatırlayır ki, mənim içimdəki şer odunu şölələndirən bir insanı- müəllimim-füzulişünas Sabir Əliyevi heç unuda bilmirəm.Elə ilk şeirlərini də tələbəlik illərində yazıb.
Kəramətin ilk şeirləri ilə 2020-ci ildə «Azərbaycan» jurnalında çap edilmiş şeirlərini müqayisə elədim. Təbii ki, o ilk şeirlərlə son illərdə yazdığı şeirlər arasında inkişaf (sözə, içindəki ovqata-əhval-ruhiyyəyə, bədii təsvir vasitələrinin, sözün rənglərinin yeni-yeni çalarlar kəsb etməsinə,........
© Ədalət
visit website