Çox adam dərmanla yaşayır... - Faiq QİSMƏTOĞLU yazır
Bir dostum var , gec- gec görüşürük! Görüşəndə soruşuram ki, nə var, nə yox?! Deyir ki, çox sağol, yaxşıyam ,dərmanla yaşayıram! Bax , indi " dərmanla yaşayıram" söz birləşməsini çox adamdan eşitmək olar! Heç elə adam var ki, ona dərman da kömək eləmir. Ona görə də adam naşükür olmaz!Əgər dərmanla yaşıya bilirsənsə, buna da şükür! Amma ,vallah , sovet dönəmində bilə deyildi. Ən azından bu qədər xəstəlik və xəstələr yox idi.
Amma indi kimi dindirirsən deyir ki, ağrıyıram, xəstəyəm, dərmana oturmuşam. Və orası da var ki, o vaxtlar səhiyyə indiki kimi inkişaf eləməmişdi. İndi az qala , müasir tibbin və texnologiyanın hesabına ölü adamı dirildərlər.Pulun varsa, ən ağır xəstəlikdən, hətta onkoloji xəstəlikdən belə xilas ola........
