menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nə yaxşı ölmədin bu aralıqda...

8 0
16.12.2025

Ramiz Rövşən söz ustasıdır, amma söz oyunçusu deyil, söz canbazı heç deyil... 

15 dekabrda Xalq şairi Ramiz Rövşənin ad günü idi. Onun haqda indiyədək bir neçə yazım olub. Özü oxumayıb yəqin ki... Heç özünün oxuması üçün deyildi bu yazılar. Düzü, sözün çəkidən düşmədiyi zamanlarda Ramiz Rövşən haqda yazmaq özü cəsarət istəyirdi. İndi necə deyərlər, “Şaxta baba” yaşına çatıb, sözün dəyərdən düşdüyü bu zəmanədə onun haqda yazmaq indi iki qat  çətindir. Ona görə “sınaqdan” çıxmış bir neçə yazımdan bir neçə fikri bir yerə topladım. Kənarda qalan fikirlər də oldu, onlar da gələn ad günlərinə qalsın...          

***

“İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda...” 

Osmanlı türkləri dekabra necə də dəqiq olaraq  “aralıq” deyir. Təzə ilə köhnə arasında aralıq. Ramiz Rövşən aralıqda-dekabrın 15-də-payızla qısın aralığında dünyaya gəlib. Bu isə onun “Qocalıq” şeirindən seçib bəyəndim bəndlərdən biridir. 

Ramiz Rövşən bizim nəslin- gəncliyi 90-cı illərə təsadüf edənlərin-kumiridir deyirdilər. Ramiz Rövşəni kumir hesab etmək onu başa düşmək, anlamaq istəyi idi. Çətin bir iş...   

Onun oğlu Rövşənə həsr etdiyi “İlan balası” şeirinin ən azı 10 yerə yozmaq olar, 10 məna axtarmaq,........

© Müsavat