ŞƏRƏFSİZLİK ETALONU
Qalib ARİF
***
(“Qısa hekayələr” silsiləsindən)
***
Bilənlər bilir, uzunluğun ölçüsü metr, çəkinin ölçüsü kiloqramdır. Hər ikisinin - metrin və kiloqramın beynəlxalq etalonları var və Fransanın paytaxtı Paris şəhərində xüsusi şəraitdə saxlanılır.
Bilməyənlər üçün deyim ki, şərəfsizliyin də belə bir etalonu var və bu yaxınlara kimi bizim Bakı şəhərində, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı. Indi bilmirəm hardadır, yəqin hardasa buralardadır...
İllərin söhbətidir, biz onda “Vosmoy”da yaşayırdıq, anam da hələ pensiyaya çıxmamışdı, işləyirdi. Axşamüstü işdən gəlir, liftimiz işləmir, yavaş-yavaş piyada qalxır. Görür 5-ci mərtəbədə qazaxlı qonşularımızın - Nərgiz xalagilin (ad şərtidir – Q.A) qapısı açıqdır. Anam Nərgiz xala ilə lap cavan yaşlarından dostluq edir və açıq qapıdan ərklə içəri girir. Görür Nərgiz xala divanda uzanıb, ağır-ağır nəfəs alır. Yoldaşı Cəfər dayı (ad şərtidir – Q.A) isə yerə yıxılıb, ağzından........
© Mia.az
visit website