Rus "Kamaz"larında daşınan erməni qalıqları
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Son günlər aparılan ikitərəfli dialoqlardan təşvişə düşüb Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hər şeyə hazır olan Qərb və xüsusən də Fransa revanşist erməniləri Azərbaycana qarşı qızışdırmaq üçün yeni bəhanələr tapmaqda dəridən-qabıqdan çıxırlar.
Xankəndində hər cür cinayətlər törətmiş separatist rejiminin tülkü yuvalarının təmizlənib əvvəlki görkəminə qaytarılmasını əldə bayraq edən ermənipərəstlər uzun illər ərzində Qarabağda yerləbir edilmiş Azərbaycan mədəniyyətinin izlərini heç vaxt unutmamalıdırlar.
Başqalarından torpaq qoparmaq kimi qeyri-qanuni əməllər sahibi olan separatizm dünyadakı bütün mövcud siyasi konfiqurasiyaya zərər vurduğu kimi erməni separatizmi də təkcə Qarabağda deyil, bütün Cənubi - Qafqazda dinc həyatı alt-üst etmiş, insanların xoşbəxt həyatına zəhər qatmış qara bir ilan kimi yaddaşlarda dərin yaralar qoymuşdur. Bu mənada, özlərinə........
© Mia.az
visit website