menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Sümerin yeni nağılları

23 0
16.08.2026

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer klubun mətbuat xidmətinə müsahibə verib. Əslində bu müsahibənin ortaya necə çıxdığını anlamaq çətin deyil. Burası ilə işim yox. Sual verən də, cavablayan da özləridir. Amma bu müsahibədə elə məqamlar var ki, onları bişmiş toyuğa danışsaq, həmin o bişmiş toyuq qəşş eləyib, özündən gedər.

Ona görə də həmin məqamları Cenk bəyin diqqətinə çatdırmaq vacibdir ki, ilin-günün bu vaxtında bişmiş toyuqları güldürməyə çox da meyl göstərməyib, ciddi işlərlə məşğul olsun. Gələn dəfə danışanda daha ciddi arqumentlərdən yapışsın. Çünki müsahibənin məqsədi türkiyəli abimizin özünü irəli verib, “klubu mən idarə edirəm” görüntüsü yaratmaqdır. Gərəkdir ki, bu görüntü də gülməli alınmasın.

Cənab Sümer “Dinamo” ilə oyundakı fiaskoyla müsahibəsinə başlayıb. Bizim də birinci sitatımız elə ordandır. Diqqət edək: “Əlbəttə, avrokuboklarda irəliləmək istəyirdik, lakin kiçik detalların və müəyyən mənada bəxtsizliyin qurbanı olduq. İlk matçda adi səhvlərdən gözlənilməz qollar buraxdıq”. Futboldan ciddi baş çıxaran kimisə bu cür bəhanələrlə aldatmaq dövrü çoxdan keçib, abi. Kiçik detal, bəxtsizlik bir olar,........

© Qaynar