Yaşıl gölün sahilində
Təzəlikcə Abşeron yarımadasındakı təbii göllərdən ən böyüyü olan Böyükşor gölü yaşıllaşmışdı. Ekologiya idarəsi suyun analizini apardı, açıqlama verildi ki, guya orda hansısa yosunlar çoxalmışdır. Hava isti keçirmiş, gölə nəsə axıdıblar və sairə - bunun nəticəsində.
Sitat: “Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması sudakı biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb”.
Siz dediniz, biz də inandıq...
Əlbəttə, inanmadıq. Çünki su yosunla yaşıllaşırsa, bəs yosun niyə yaşıldır? Alimlər istəsələr, bir qarışqa yarada bilərmi? Yer kürəsi yumrudursa, Avstraliyada niyə təpəsi üstündə gəzmirlər? Bunun izahını heç kim verə bilməz. Səbəb isə hökumətimizin apardığı dinc quruculuq işləri, genişzolaqlı islahatlar, müasir park və mentalitetimizə........
