menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qumardakı üçüncü şəxsin axtarışları

16 0
23.09.2026

Vəziyyət müəyyən dərəcədə “Növbə yaranır, çatdırmır” anekdotundakı kimidir. Bilənlər bilməyənlərə danışsın, biz də yazını çatdırmaqda çətinlik çəkirik. Çünki mövzu Bakını qərq edən yağışlar fason, vedrə ilə tökülməkdədir. Payızın bərəkətindəndir, yoxsa söz azadlığının ölkəmizdə inkişafıdır – hələ dəqiq bilmirəm. Belə situasiyalar dağları müşahidəyə oxşayır. Gərək uzaqlaşıb baxasan. O zaman mənzərə tam aydın olacaqdır.

Mürəbbə və turşuların lisenziyası teması başa çatmamış, futbol göstərən restoranın cəriməsi araya girdi. Ona baxırdıq ki, Tik-tokda izləyicisi ilə söyüşən şəxsin Ağ şəhərdə cərimələnməyi xəbərini aldıq.

Doğrusu, onun niyə məhz Ağ şəhərdə cərimələnməyi mənə qaranlıq qaldı. Məsələn, Qaraçuxurda söyüşsə cərimə miqdarına təsir edirmi? Yaxud Qaradağda? Bəs Ağdaşda, Ağsuda canlı yayım açıb izləyiciyə nəsə desən? Bunlar hamısı millətin gələcək həyat və yaradıcılığı üçün vacib detallardır.

Bayaq Ağsu yazdım, yadıma düşdü. Deyir, bizim Zülali təxəllüslü, Mirzə Hüseyn adlı........

© Müsavat